“Yaxşı ki, polis sistemində pislər azlıq təşkil edir”
Qismət Allahverdiyev: “Belələri hüquq-mühafizə orqanlarından uzaqlaşdırılmalıdırlar”
“Azərbaycan polisi ilk növbədə bu xalqın bir övladıdır. Sadəcə olaraq, aralarında savadsız, gerizəkalı, peşəsini və vəzifəsini düzgün bilməyən təsadüfi şəxslər də var. Məhz belələrinin sayəsində xalqla hakimiyyət arasında böyük bir uçurum yaranır”.
Bunu Versus.Az-a son günlər polisə qarşı sərt fikirlərlə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) Tərtər rayon təşkilat sədri Qismət Allahverdiyev bildirib.
Təşkilat sədri qeyd edib ki, prezidentlə xalq arasında narazılıq yaradan bu cür polislər vaxtında sistemdən uzaqlaşdırmalıdılar ki, xalqın qəzəbinə düçar olmasınlar:
“Mən demirəm ki, bütün polislər hamısı elədir. Hardasa, deyərdim ki, 60 %-i şərəf və ləyaqətini itirmişlərdir. Amma şükürlər olsun ki, polis sistemində pislər azlıq təşkil edir”.
Q.Allahverdiyev polisin də bu xalqın bir nümayəndəsi olduğunu, kimininsə oğlu, qardaşı, həyat yoldaşı, atası, əmi və dayısı olduğunu vurğuladı:
“Polis xalqı döymək və alçaltmaq üçün deyil, xalqın əminamanlığını və asayişini qorumaq üçündür. Ailə tərbiyəsi görməyən həmin polislər, hüquq-mühafizə orqanlarından dərhal uzaqlaşdırılmalıdırlar”.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”