Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə Tovuz rayonundan olan 150-dən çox seçicisi ilə onlayn danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Versus.Az xəbər verir ki, bununla yanaşı millət vəkilinin köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib.
Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. O, bəzi seçicilərin müraciətləri ilə bağlı müvafiq qurumlara rəsmi müraciətlər də göndərib.
Müzakirələr zamanı millət vəkili seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.
Versus.Az