"Polisin nüfuz və hörməti o vaxt bərpa olunar ki..."
Lala Quliyeva: "Bu, demokratik cəmiyyət üçün çox vacib amildir"
"Polis necə olmalıdır? Bu sualın cavabı birdir: Verilən tapşırıqları yerinə yetirməlidir. Polis qanunu poza bilərmi? Təbii ki, yox. Polis hər bir vətəndaşın yanında olmalıdır, onun tapdalanan hüquqlarını qorumalıdır. Amma bir neçə gün bundan qabaq polisin vətəndaşlara qarşı davranışı, illər boyu mitinqlərin polis tərəfindən dağıdılması heç də yaddan çıxmayıb. İndi biz nə edək?"
Versus.Az xəbər verir ki, bu sözləri polis-vətəndaş münasibətləri ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP)) Qadınlar Şurasının sədri Lala Quliyeva deyib.
Lala xanım bildirib ki, bir tərəfdən əmrə tabe olan polislər, digər tərəfdən isə öz hüquqlarından istifadə etmək istəyən, öz problemlərindən danışmaq istəyən vətəndaşlar mitinq və piket keçirmək istəyirlər və polis tərəfindən amansızlıqla üzləşirlər:
"Bəzən səhv qərarlara görə, bütün polislər cəmiyyətin gözündən düşür, polisə qarşı bir nifrət hissi yaranır. Belə olan halda kim polisə güvənər? Uşaqlardan tutmuş böyüklərə qədər polisə qarşı qorxu, inamsızlıq hisləri yaranıb. Polis cinayətkarı həbs etmək üçün onun dalınca qaçanda, vətəndaşlar həmin cinayətkarı saxlamaq əvəzinə, polisə kömək etmək əvəzinə, cinayətkara kömək edirlər ki, tez çıxsın aradan. Bu hal çox üzücüdür.
Xəbərlərə baxanda ABŞ-da və Avropa ölkələrində polisin mitinq iştrakçılarına qarşı zor tətbiq olunmasını görürük. Baxın, ABŞ-ın Minneapolis şəhərində dələduzluq iddiası ilə saxlanılan qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi, bu şəhərin sakinlərini ayağa qaldırdı. Bundan sonar 50-dən çox şəhərdən aksiyalar başlandı. Polisin aksiya iştrakçılarına qarşı güc tətbiqinin şahidi olduq. Və sonra bir neçə şəhərdə polislər etirazçılarla həmrəylik nümayiş etdirdilər, onlarla bir yerdə diz üstə oturdular. Və etirazçıların rəğbətini qazandılar. Aksiya iştrakçılarına qarşı zor tətbiq etməsinə baxmayaraq polisin böyük hörməti var".
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”