Ümid sədri həyəcan TƏBİLİ ÇALDI

09:46 16-06-2020 | icon 375 | Siyasət
Ümid sədri həyəcan TƏBİLİ ÇALDI

İqbal Ağazadə: "Başqa ölkənin güc strukturları vətəndaşımızı dəyənəkləyirsə, bu, dövlətin faciəsidir"

 

"Dünən gecə Rusiya-Azərbaycan sərhədində baş verən hadisələr olduqca üzücü və utancvericidir. Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar".

 

Versus.Az xəbər verir ki, bu barədə narahatlıq təbili çalan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, Operativ Qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanlarımızı Vətənə qaytarmaqdır:

 

"Səlahiyyətli dövlət qurumlarına səslənirəm:

Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın. Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər. Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdlr".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr