"Elmar Məmmədyarovdan açıqlama gözləyirik"

15:46 16-06-2020 | icon 412 | Siyasət
"Elmar Məmmədyarovdan açıqlama gözləyirik"

Razi Nurullayev: "Cənab nazir, bunu sizin yerinizə heç kim etməli deyil"

 

"Xalqımın bu şəkildə alçaldılması məni yerdən-yerə vurdu, nəfəsimi kəsdi, inamımı yerlə-yeksan etdi".

 
 
Versus.az xəbər verir ki, bunu özünün "facebook" hesabında millət vəkili Razi Nurullayev yazıb.
 
 
Deputat qeyd edib ki, Rusiya OMON-nun bizim vətəndaşları bu şəkildə alçaltması söz deməyə yer qoymur:
 
"Sözü Xarici işlər naziri Elmar Məmmədyarov deməlidir və bu açıqlamanı gözləyirik. Çıxın Tv-lərə və izahat verin. Sizi günahlandırmaq istəmirik, amma deyin ki, buna səbəb nə olub və sizin etirazınızın mətni və atdığınız addımların faktları haradadır? Biz uca millətik, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ölkəmizin vətəndaşlarına qarşı bu şəkildə davranış ölkəmizi təhqir etməkdir. Bu məsələyə münasibət bildirmək və pisləmək üçün icazə gözləmək lazım deyil, cənab nazir! Bunu sizin yerinizə heç kim etməli deyil!"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr