Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ

16:03 16-06-2020 | icon 441 | Siyasət
Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ

Qənirə Paşayeva: "Rusiya sərhədindəki vətəndaşlarımız ölkəyə keçirilsin"

 

"Azərbaycan-Rusiya (Dağıstanda) sərhədində toplanmış vətəndaşlarımızla bağlı ötən gün baş verən hadisələrdən ciddi üzüntü duyduq. Eyni zamanda bu məsələdən bəzi xarici KİV-in və sosial şəbəkələrdə müəyyən qüvvələrin dövlətimiz əlehinə başlatdığı təbliğatı qınamaqla yanaşı narahat da olmalıyıq".

 

Versus.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva ötən gün Dağıstanda Rusiya polisinin Azərbaycana qayıtmaq üçün sərhədə toplaşan azərbaycanlılara qarşı zor tətbiq etməsinə münasibət bildirərkən deyib.

 

Millət vəkili hesab edir ki, bu məsələnin qısa zamanda həllini tapması vacibdir.

 

"Vəziyyətin bu səviyyəyə çatması çox üzücüdür. Həmin vətəndaşlarımızın karantin rejimi qaydalarına uyğun olaraq, sərhəddən keçidlərinin qısa zamanda təmin olunması çox vacibdir. Sərhədyanı rayonlarımızda kifayət qədər istirahət mərkəzləri, otellər mövcuddur və o insanları orada karantində yerləşdirmək mümkündür. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərhəddəki həmvətənlərimizin ölkəmizə keçə bilməsi və karantində qalmasını qısa zamanda təmin edəcəyinə inanırıq. Onların əksəriyyəti sağlam insanlardır. Amma onların kütləvi şəkildə günlərlə bir yerdə olması, koronovirusun yayılma ehtimalını da artırır. Hesab edirəm ki, onların problemi təcili həll olunmalıdır. Bu həm də bir dövlət olaraq, imic məsələsidir. Çünki, hər gün müxtəlif telekanallar, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan qüvvələrə arqument verməməliyik. Cənab Prezidentimizin hər bir vətəndaşımıza həssas münasibətini nəzərə alaraq bu məsələnin qısa zamanda həllini tapacağına inanırıq", - deyə Qənirə Paşayeva bildirib.

 

Qeyd edək ki, karantin rejimi ilə əlaqədar qadağa səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşları Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb.

Son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.

 

Ötən gün sərhəddə qalan Azərbaycan vətəndaşlarını dağıtmaq üçün Dağıstan polisi havaya atəş açıb. Vətəndaşlarımıza qarşı zor tətbiq edən polis qüvvələri onları yerə uzadaraq təhqir edib. Həmvətənlilərimiz arasında xəsarət alanlar var.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr