ADP-dən Rusiyadan “Dostluq ordeni” alan azərbaycanlı məmurlara ÇAĞIRIŞ

16:27 18-06-2020 | icon 361 | Siyasət
ADP-dən Rusiyadan “Dostluq ordeni” alan azərbaycanlı məmurlara ÇAĞIRIŞ

Bu gün ADP İdarə Heyəti özünün növbəti virtual toplantısını keçirib. Toplantıda ölkə ictimaiyyətini narahat edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

 

Versus.Az xəbər verir ki, toplantıda ilk öncə iyun ayının 15-də gecə saatlarında Rusiya Federasiyasının Dağıstan ərazisində antisanitar və gündəlik yaşam təminatlarının ödənilmədiyi bir vəziyyətdə öz doğma vətənlərinə keçmək üçün 3 aya yaxın gözləyən 600 nəfərə yaxın Azərbaycan vətəndaşları ilə adı çəkilən dövlətin polis və təhlükəsizlik qüvvələri arasında yaranmış insident müzakirə olunub. Müzakirələr zamanı Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilən zorakılıqlar, işgəncələr, həbslər və bir neçə vətəndaşımızın qətlə yetirilməsi faktları hiddətlə qarşılanaraq pislənilib. 


Müzakirələrdə Azərbaycan hökumətinin baş verənlərlə bağlı susqun mövqeyi də kəskin pislənilib və qeyd edilib ki, dövlət öz vətəndaşlarını taleyin ümidinə buraxmamalı, onlara maddi yardım edilməli, həmin vətəndaşlar təcili olaraq Azərbaycana gətirilməli, sərhəd bölgəsində səyyar tibb müəssisələrdə lazımi tibbi prosedurlardan keçirilməli və onların öz doğmalarına qovuşmalarına şərait yaradılmalıdır. Eyni zamanda bildirilib ki, Azərbaycan tərəfi vətəndaşlarımızı qətlə yetirən Rusiyanın polis əməkdaşlarının məsuliyyətə cəlb olunması, qətlə yetirilən vətəndaşlarımızın ailələrinə kompensasiyaların verilməsi üçün yerli və beynəlxalq səviyyədə hüquqi addımlar atmalıdır. İdarə Heyəti vətəndaşlarımıza qarşı törədilən vandal hərəkətlərə etiraz əlaməti olaraq Rusiyadan “Dostluq ordeni” alan bütün Azərbaycan məmurlarını həmin ordendən imtina etməyə çağırıb. 


İdarə Heyəti köməksiz vətəndaşlarımıza qarşı Rusiya hakimiyyət orqanları tərəfindən törədilən zorakılıqları, qeyri-insani rəftarı, həbsləri və qətilləri beynəlxalq hüquq nörmalarının kobud şəkildə pozulması kimi dəyərləndirərək beynəlxalq təşkilatları bu hadisələrə hüquqi qiymət verməyə çağırıb. 

  
İdarə Heyəti Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamenti (AP) Ermənistanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisinə etiraz əlaməti olaraq yaydığı bəyanatı da müzakirə edib. Toplantı iştirakçıları məlum bəyanatı müsbət hal kimi qiymətləndirsə də, Ermənistan tərəfinin bu addımını Azərbaycanın işğal altında olan torpaqlarında ilhaq siyasətinin həyata keçirilməsi kimi dəyərləndirib və qeyd edilib ki, bu hal BMT-nin işğal haqqında konvensiyasının, beynəlxalq hüquq normalarının və atəşkəs haqqında imzalanmış Bişkek protokolunun tələblərinin kobud şəkildə pozulmasıdır. İdarə Heyəti Azərbaycan hökumətini Ermənistanın işğal altında olan torpaqlarımızdakı ilhaq və işğalı passiv legitimləşdirmə siyasətinin qarşısının alınması üçün hərbi gücdən istifadə etməyə çağırıb.
Toplantı iştirakçıları ölkədə davam edən karantin rejimi ilə bağlı müzakirələr aparıb. Müzakirələrdə qeyd edilib ki, həftə sonları paytaxt Bakıda və bir sıra şəhər və rayonlarda tətbiq edilən sərt karantin rejimi çərçivəsində bir sıra qadağalar tətbiq olunur ki, həmin qadağalar ölkə Konstitusiyası və bir sıra beynəlxalq hüquq normaları ilə ziddiyyət daşımaqla yanaşı məntiqsiz və məqsədə müvafiq olmadığına görə vətəndaşlarda haqlı olaraq narazılıqlar yaradır. Toplantı iştirakçıları mövcud pandemiya ilə əlaqədar olaraq məqsədə müvafiq tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanındakı Operativ Qərargaha mütəxəssislərin cəlb edilməsinin vacibliyini bildirib.


Toplantı iştirakçıları eyni zamanda ölkəmizdə “Karonavirusla” mübarizədə dünyasını dəyişmiş həkimlərin mövcudluğunu nəzərə alaraq həmin şəxslərin xatirələrinin əbədiləşdirilməsi və dünyasını dəyişən həkimlərimizin ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət orqanlarını lazımi addımlar atmağa çağırıb.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr