“Bir az da dövlətsevər, xalqsevər olun”

19:50 20-06-2020 | icon 940 | Siyasət
“Bir az da dövlətsevər, xalqsevər olun”

Könül İsmayılova: “Yenidən və daha sərt qadağaların qoyulması zəruri idi”

 

“Sərhəd tanımayan koronavirus Covıd-19 pandemiyasından ölənlərin və yoluxanların sayı hər gün bir azartır. Bu xəstəlikdən sağalma hallarını eşidəndə insanın ümidləri artır. Təəssüflər olsun ki, problemin nə qədər ciddi olduğunu dərk etməyən insanlarımız da var”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Nazirlər Kabineti yanında Operativ Qərərgahın karantin rejiminin uzadılması qərarını müsbət dəyərləndirən sədr müavini hesab edir ki, yalnız bu yolla bu ölkənin insanlarını xilas etmək olar:

“Təəssüflər olsun ki, bir çox insanlar heç də nə öz sağlamlıqlarının, nə də yaxınlarının sağlamlığını nəzərə almırlar. Sosial şəbəkədəki paylaşımlardan da görürük ki, qadağa və xəbərdarlıqlara baxmayaraq məsələyə cahilcə yanaşılır. Bir çoxu da vəziyyətlə bağlı gülməli videolar hazırlayıb paylaşır. Bəziləri, hansı ki, iqtidara qarşıdırlar, məsələləri siyasiləşdirib dövlət-xalq münasibətlərini gərginləşdirməyə çalışırlar. Hər bir halda psixoloji pozuntuların baş verdiyi görünür”.

 

Könül xanım deyir ki, belə insanları hardasa anlamaq olar, çünki virusdan qorunma uzunmüddətli prosesə çevrildikcə, səbr tükənə və əsəblər tarıma çəkilə bilər:

“Amma bu vəziyyətdə uzun müddət yaşamağa məhz səbirsizlik üzündən məcbur qalırıq. Axı maska geyinmək, lazım olmayınca küçəyə çıxmamaq bu qədərmi çətindir? Bir qərar ki, bizim özümüzün sağlamlığımız üçün verilir, niyə buna dözümlülük göstərməyək? Qadağalar yumşaldılan zaman sanki virus məhv edilibmiş kimi, parkı, mağazaları gəzmək, sıxlıq olan məclislərə getmək bu qədərmi vacib idi? İndi buyurun, yenidən və daha sərt qadağaların qoyulması zərurəti yaranıb. Heç olmasa bu karantindən sonrakı müddətdə özünüzə nəzarəti itirməyin. Ailədə, evinizdə, ətrafınızda təbliğatınızı aparın, anlamıyanları başa salın ki, bu bəla təkcə Azərbaycanda deyil. Bütün dünya eyni bəlanı yaşayır, eyni bəla ilə mübarizə aparır”.

 

K.İsmayılova onu da vurğuladı ki, MMP və partiyanın rayon təşkilatları fəaliyyətlərini pandemiya ilə mübarizə yönündə davam etdirirlər:

“Prezidentimizin də dediyi kimi, bu bəladan az itki ilə çıxmaq üçün bütün səylərimizi birləşdirməliyik. Bu gün siyasi partiya olaraq bir-birimizlə rəqabət aparmaq, “hansımız ana müxalifətik” davası aparmaq vaxtı deyil. Üzümü Milli Şurada birləşənlərə tutub deyirəm, gəlin heç olmasa ümummilli problemlərimizdə birlik göstərin, bəsdirin Azərbaycan insanının, beynəlxalq təşkilatların qarşısında bəsit çıxışlarınızla özünüzü gülünc vəziyyətlərə saldığınız. Bir az da dövlətsevər, xalqsevər olun”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr