erməni"şünaslar” Azərbaycanda sabitliyi pozmağa çalışırlar” - MÜSAHİBƏ

11:06 25-06-2020 | icon 1109 | Siyasət
erməni"şünaslar” Azərbaycanda sabitliyi pozmağa çalışırlar” - MÜSAHİBƏ

Hafiz Hacıyev: “Özünə “ana”, “dədə” deyən partiyalar Qərbin, Moskvanın təsiri altında olan hökumətdəki qüvvələrlə birləşib...”

 

Regiondakı gərginlik getdikcə aktiv fazaya keçir. Pandemiya və onun fəsadları beynəlxalq müstəvidə siyasi, psixoloji süstlük yaratsa da, nəinki işğalçı Ermənistanı cinayətkar əməllərindən çəkindirir, əksinə dalğasını daha da genişləndirib. Beynəlxalq güclər sanki erməni həyasızlığının qarşısında “aciz” görünür. Yaxud, böyük güclər bölgədəki maraqlarını təmin etmək üçün işğalçının regionda yaratdığı hərcmərcliyə göz yummaqda davam edirlər. Regionda erməni cinayətlərinin qurbanı olan, daim ikilistandartlı yanaşmalarla üzləşən Azərbaycan ictimaiyyətinin bu vəziyyətdən hansı çıxış yolları aradığı maraqla izlənir. Yaxud, Azərbaycan qarşısındakı baryerləri necə aşa bilər?

  

“Mübarizəni Prezidentlə bir yerdə davam etdirə bilsək,  prosesləri öz xeyrimizə dəyişə biləcəyik”

 

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev müsahibəsində diqqəti Ermənistandakı hadisələrə çəkib, belə bir ərəfədə Azərbaycana qarşı yönələn təzyiqlərlə bağlı bir çox nüanslara toxunub.

 

- Hafiz müəllim, necə hesab edirsiniz, bu gün Ermənistandakı hadisələr və Paşinyanın hədəfə alınması regiondakı proseslərə necə təsir edir?

 

- Bu gün ziddiyyətli siyasəti ilə münaqişələrin mərkəzində dayanan Paşinyan öz erməni məkirindən istifadə edərək reytinq qazanmağa çalışır. O, gah özünü Dağlıq Qarabağın “sahibi” kimi reklam edir, gah oğlunu işğal etdiyi Qarabağa hərbi xidmətə göndərir,  gah arvadı ilə gedib Cıdır düzündə “tans” oynayır, seçki keçirir, gah da Şuşada parad keçirir. Bütün bunlar ictimai  rəyə hesablanmış addımlardır. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü məsələsi önə çəkdikcə, torpaqların azad edilməsi qəti şəkildə irəli sürüldükcə, Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək üçün aranı qarışdırır. Bir məsələ tam aydındır:  erməni quldurları heç vaxt Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə razılaşmaq istəməyəcək. Bütün bunlar danışıqlar prosesində özünün təsdiqini tapıb. Eməni separatçıları bu gün də guya kimisə hakimiyyətə gətirmək üçün yeni oyunları ilə vaxtı uzatmağa çalışırlar. Bu gün Ermənistanda baş verənlər dünyanın diqqətini regionda aparılan işğalçılıq siyasətindən yayındırmağa yönəlib. Məsələ budur ki, Paşinyanın atdığı addımlar Ermənisanda çox böyük ziddiyyətlər yaradıb.

 

- Ermənistanda mövcud vəziyyətin gərgin olduğunu önə çəkən bəzi ekspertlər belə hesab edirlər ki, belə bir durumda ermənilərin işğaldan əl çəkməsi üçün  münbit şərait yetişə bilər. Sizcə bu, erməni terrorçusunu işğaldan çəkindirə bilər?

 

- Mən belə düşünmürəm . Çünki bu durum heç də onların işğalçılıq niyyətini azaltmır. İşğalçı Ermənistan törətdiyi cinayətlərə, qırğınlara rəğmən beynəlxalq təzyiqə, sanksiyaya məruz qoyulmadığı üçün çox da yaxşı yaşayır. Azərbaycan ərazilərini işğal edib orada qanunsuz işlər aparır, üstəlik daha da böyük iddialara düşüb. Ermənilərin hətta Gəncəyə, Bakıya da göz dikdiklərini bilirik. Ermənilər bu məkirli ideyalarla yaşayan bir millətdir. Azərbycanın tarixi torpağında özünə dövlət yaradıb, heç bir beynəlxalq hüquqa məhəl qoymadan qeyri-qanuni əməlləri ilə pərvazlanan düşmənin bu gün nəyinsə əziyyətini çəkdiyini düşünmürəm.

Bu faktdır ki, İrəvan Azərbaycanın tarixi torpağıdır.  Və bu da faktdır ki, ermənilərin əli ilə torpaqlarımız zaman-zaman işğal olunub . Azərbaycanlılar ermənilərin törətdiyi soyqırımlara məruz qalıb. Torpaqlarımız ilhaq olunub, rayon, kənd adlarımız dəyişdirilərək erməniləşdirilib. Amma elə həmin beynəlxalq təşkilatlar, güc dövlətləri Ermənistanın işğalçılıq siyasətinə göz yumur, ermənilərə yardımlar edirlər. 

Azərbaycana qarşı isə ikilistandartlar davam edir.

Bu gün erməni himayədarları Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün söz sahibi olmasına imkan vermək istəmirlər.  Lakin biz Ermənistanda baş verən gərginliyin səbəblərini, işğalçının regionda - Azərbaycanda yaratdığı münaqişə aspektində təhlil etməklə prosesdən səmərəli istifadə etməliyik.

 

“Torpaqlarımız işğalda ola-ola durub arsız-arsız “tans” oynamamalıyıq”

 

- Hazırda Ermənistandakı məlum vəziyyət onun Qərbə yönəlik siyasəti və daha çox Qərblə Rusiyanın region maraqları, Ermənistanı əldən verməmək uğrunda apardığı savaşın nəticəsi kimi dəyərləndirilir. Siz necə hesab edirsiz?

 

- Paşinyan, Qərbin regionda Rusiya ilə apardığı mübarzədə qalib gəlmək üçün ortaya atdığı layihədir. Qərbin Ermənistanda baş verən hadisələrə susqunluqla yanaşması bunu diqtə edir. Görünən odur ki, Ermənistan Avropaya inteqrasiya eləmək istəyir, Rusiya isə onu əldən buraxmır. Bu da Rusiya ilə Ermənistan arasında ziddiyyəti daha da artırıb. Ermənistan olmasa Rusiya regionda  heç nə edə bilməz. Rusiya istəyir ki, bütün Qafqazı əlində saxlasın , o cümlədən də ermənilərdən Bakıya təzyiq vasitəsi kimi istifadə eləsinlər. Rusiya Ermənistan vasitəsi lə regiona təsir edib, hətta Qarabağda öz hərbi qüvvələrini yerləşdirmək istəyir. Azərbaycanı təcrid vəziyyətində saxlayıb,” qapaz altı” etmək istəyirlər. Təbii ki, Azərbaycan bununla razılaşmır. Torpaqlarımız işğal olunub. Torpaqlarımızı işğaldan azad etmək üçün nə Qərbin, nə Rusiyanın, nə Cənubun sözü ilə oturub-durmalı  deyilik.  Biz ölkəmizi satqınlardan təmizləyib işğaldan azad etməliyik.  Özümüz, özümüzə yiyə durmalıyıq. Qərbin Avropanın qurduğu oyunlara fikir verməli deyilik. Torpaqlarımız işğalda ola-ola durub arsız-arsız “tans” oynamamalıyıq.

Hesab edirəm ki, beynəlxalq güclər arasında gedən bu maraq savaşının Dağlıq Qarabağ məsələsinə hansı təsirlərini verə biləcəyi ciddi şəkildə nəzərdən keçirilməlidir. Çünki bu yaranmış vəziyyətdə də Azərbaycanı kənarda saxlamaq üçün daxildə gərginlik yaratmağa cəhdlər edilir.  Azərbaycanda sabitliyin pozulmasına cəhdlər edilir.  Lakin biz Azərbaycanda sabitliyi qoruyub saxlaya bilsək, mübarizəni cənab Prezidentlə bir yerdə davam etdirə bilsək,  başlanılan prosesləri öz xeyrimizə dəyişə biləcəyik. 

 

- Dediyiniz yaranmış vəziyyətdən səmərəli istifadə edilirmi və Azərbaycan siyasi camiyəsi bu istiqamətdə nə dərəcədə aktiv, yekdildir?

 

- Təəssüf ki, daxilimizdə olan qüvvələr bizə vəziyyətdən maksimum istifadə etməyə imkan vermirlər.  Bu içimizdə yaşayan ermənilərin ölkəmizdə apardığı antiAzərbaycan siyasəti və hakimiyyətdə olanların ermənilərlə  “qohumluğu “ilə bağlıdır. 

 

- Hafiz müəllim, siz hər zaman bəzi qüvvələrin daxildə sabitliyi pozmağa çalışdığını qeyd edirsiniz. Kimdir daxildə çaxnaşma yaratmağa çalışan qüvvələr və özlərini nə ilə göstərirlər?

 

- Bu saat aranı qarışdırmaq istəyənlər, vaxtilə vəzifədən çıxarılan, uzaqlaşdırılan keçmiş məmurlardır. Əbülfəz Qarayev kimiləri işdən çıxarılandan sonra bunlar hərəkətə keçiblər. Belə bir durumda daxili qüvvələrin təxribatlara yol verməsinə imkan vermək olmaz. Təxribatlar  “qocaların”  hakimiyyətdən uzaqlaşdırılması və keçirilən parlament seçkilərindən sonra daha da güclənib.  İstəyirlər ki, ölkədə qarşıqlıq yaratsınlar.  Keçmiş nazirlər, icra başçıları, Prezident Aparatında Ramiz Mehdiyevin komandası, başda Zeynal Nağdəliyev olmaqla çox aktivləşiblər.  Onlar rayonlarda təxribat törədirlər, vəziyyəti gərginləşdirib, Azərbaycan xalqını narazı salmaq istəyirlər. Zakir Qaralov Gürcüstanda oturub Azərbaycan dövlətinin milyardlarla pulunu  xərcləyir, burada olan müəyyən qüvələrlə təmaslar qurur. Bu gün Ali Məkkəmənin sədri rayonlarda təxribat törədir. İşdən qovulan nazirlərin kadrları hökumətin içindədirlər və çox ciddi müqavimət göstərirlər.  Parlamentə təyin edilənlərin çoxu Ramiz Mehtiyevin adamlarıdır. Zamanı gələn kimi hərəkətə keçəcəklər, yaxud da keçiblər.  Həmin o təxribatçıların biri xalqı it sirüsü adlandırb, Hadi Rəcəbli kimiləri milləti təhqir edir.

Biz o zaman döyüşü uda bilərik ki, Azərbaycanda sabitlik olsun, güclü ordumuz  qurulsun və ciddi əməliyyatlar keçirib torpaqlarımızı azad edək. Kim harda “boğuşur boğuşsun” torpaq bizimdir, lazımi anda hücuma keçib torpaqlarımızı terrorçulardan azad edə bilərik. Biz antiterror əməliyyatına hazırlaşmalıyıq. Amma belə hallar da var ki, bu gün xaricdə Azərbaycan prezidentinin mövqeyi güclənən kimi kimlərsə aranı qarışdırmağa başlayırlar.

 

- Azərbaycan-Rusiya sərhəddində yaranan insidentlə bağlı məsələlərin kökündə nə dayanır?

 

- Təbii ki, Azərbaycana gəlmək istəyən vətəndaşlarımızı vətənə buraxmaq lazımdır. Sadəcə olaraq, görünür ki, bu məsələdə də Azərbaycan daxilində rusiyameyilli qüvvələr hərəkətə keçdi. Rusiyameyilli adamlar istəyirlər ki, Azərbaycan vətəndaşlarını ölkəyə buraxmamaqla prezidentə qarşı mənfi fikir yaratsınlar. Bu hadisələri yaratmaqla xalqa Prezidentin öz xalqına sahib çıxmadığını aşılamaq istəyirlər. Burda çox ciddi təxribatlar var. Hökumət üzvlərindən izahat alınmalıdır ki, niyə sərhəddə belə bir vəziyyəti yaradırlar. Təbii ki, burda Rusiya-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr var. Çalışırlar ki, ölkədə böyük bir qarışıqlıq yaratsınlar. Rusiyanın Azərbaycana təzyiqini gücləndirmək istəyən qüvələr var. Azərbaycan hakimiyyətində, müxalifətində arvadı tərəfdən ermənilərlə qohumluğu olanlar bundan başqa nə edə bilər? Bu gün həmin ünsürlər birləşirlər. Təcəvvür edin ki, “bunlar” bir vaxtlar Həsənov Cəmillə düşmən idilər, indi bizdə məlumatlar ver ki, dostlaşıblar. Necə ola bilir ki, Prezidenti təhqir edirlər, gəlib nazir müavini olurlar. Xaricdə Prezidentə, ailəsinə söyüş söydürənlərin hamısı hakimiyyətdədir. Yaxud, bu qədər icra başçıları tutuldu bunların başında duran kim idi - Zeynal Nağdəliyev! Bunlar Azərbaycanı dünyada biabır etmək istəyirlər. Bu günlərdə elə Naftalanın keçmiş icra başçısı açıq şəkildə dedi ki, Zeynal Nağdəliyev YAP-çılara nifrət edir, deyir ki, onlar dələduzdur, quldurdur, siz onlara qoşulmayın”.

 

“Özünə “ana”, “dədə” deyən partiyaların əksəriyyəti Qərbin, Moskvanın təsiri altında olan hökumətdəki qüvvələrlə birləşiblər”

 

- Hafiz müəllim, belə bir çətin durumda Azərbaycan siyasi müxalifətinin məsələlər ətrafında sərgilədiyi mövqeni necə dəyərləndirisiz?

 

- Azərbaycan müxalifətinin bir hissəsi sabitliyi pozmaq üçün müəyyən dairələrlə əlbirdilər. Bu gün bizim özünə “ana”, “dədə” müxalifət deyən partiyaların əksəriyyəti Qərbin, Moskvanın təsiri altında olan hökumətdəki qüvvələrlə birləşiblər. Bu müxalifət  hökumətdə oturub dövlətin malını talayan məmurlardan heç nə ilə fərqlənmir. Məsələn, bu gün Həsənov Cəmil vaxtilə kitablarını nəşr etdirən hökumətin əsas adamı ilə  əmkdaşlıq edir. O, bizim kimi müxalifət partiyalarını saymır, çünki əmri yuxarılardan alır. Onlara hər cür şərait yaradıblar. Biz də müxalifətik, bizə niyə ev almırlar. Bizi Prezidenti dəstəklədiyimizə görə çörək üzünə həsrət qoydular. Məsələn, vaxtilə Əli İnsanovun da qatıldığı Dəyirmi Masada kimlərin olduğunu bilirsiz. Bu gün həmin qüvvələr fəallaşıb, ölkədə dövlət çevrilişi etmək istəyirlər. Bir qədər karantin rejimi ilə bağlı Yasamalda polislə vətəndaş arasında baş verən insitent niyə sizcə baş verdi. Həmin polislər ölkədə təxribat yaratmaq istəyən qüvvələrin əlindəki alətlər idi. Düzdür, polisin də içində yaxşıları var - çörək verəni var, dərman verəni var. Bütün bunların hamısı nəzərə alınmalı idi. Hadisələri təhlil edəndə qarışıqlıq yaratmaq istəyənlərin bir “sistem” yaratdığı bəlli olur. Ona görə də həmişə demişəm ki, korrupsiya ilə bağlı həbs olunanların hamısının pulları əllərindən alınmalıdır. Çünki həmin adamlar işdən çıxarılsalar da, həbs olunub cəza çəksələr də, uşaqlarını, arvadlarını xaricdə yerləşdirib, özləri burda qarışıqlıq salıb, kef etmək üçün pullarını qumar kimi oynadırlar.

Əli İnsanov deyir ki, bir neçə partiya ilə Koalisiya Hökuməti yaratmaq istəyirik. Soruşan lazımdır sən kimsən. Xalqın malını talayıb, buna görə neçə il həbs yatandan sonra indi gəlib camaata lider olmaq istəyirsən? Yaxud, Kərimov Əli sən kimsən axı, öz çevrəndə bir partiya ilə əməkdaşlığa gedə bilməyən, hələ başqa məsələləri demirəm, siz bu xalqın yanında olmayan, yalnız öz maraqlarını güdən siyasətbazlarsız. Bəsdirin bu xalqı aldatdınız! Biz də müxalifətik. Niyə sizin qədər maliyyə imkalanlarına sahib deyilik? Amma bizim vətənimizə, prezidentimizə sevgimiz, mübarizə apararaq qazanmaq şansımız daha çoxdur. Bu gün Müsavat Partiyası olaraq bütün rayon təşkilatlarımızla birlikdə çox aktiv fəaliyyətə başlamışıq. Heç kəsə mövcud sabitliyi pozmağa imkan vermərik. Bütün siyasətçilər, ictimaiyyət olaraq Azərbaycanın çətin durumunda düşünməli, Pezidentin ətrafında birləşməliyik. Belə bir vaxtda umu-küsüyə yer yoxdur. “Mənə niyə vəzifə vermədi, niyə parlamentə seçilmədim” kimi maraqlarla çıxış etməyə haqqımız yoxdur. Çünki bir daha xatırladım ki, torpaqlarımız işğalda, beynlxalq ictimaiyyət bunu görməzdən gəlir, erməni quldurları işğal etdiyi ərazilərimizdə bildiklərini edirlər, sülh danışıqlarına gəlmək istəmir, bir tərəfdən pandemiya bəlası və bu vəziyyətdən Azərbaycana qarşı istifadə etməyə çalışan daxili və xarici qüvvələr. /ucnoqta/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr