Yeni deputat köhnələri HİRSLƏNDİRDİ

09:15 26-06-2020 | icon 341 | Siyasət
Yeni deputat köhnələri HİRSLƏNDİRDİ

“Filankəs “dembeldi”, bəhmənkəs “molodoydu”...”

 

44 saylı Sumqayıt-Xızı seçki dairəsinin deputatı Müşfiq Məmmədli İTV-nin Dadaş Dadaşlinskinin təqdimatında yayımlanan “3D” verilişində qonaq olub. Deputat həmin verilişdə parlamentin köhnə və yeni deputatlarını müqayisə edib.


Versus.Az-ın məlumatına görə, Müşfiq Məmmədli deyib ki, təzə deputatlar köhnələrlə müqayisədə daha dinamik, daha çalışqan olmaları, qaldırılmış məsələlərə sıx yanaşmaları, seçicilərə vaxtında cavab vermələri, tək cavab vermək deyil, həm də problemləri həll etmələri ilə fərqlənirlər.



Maraqlıdır, bəs köhnələr yeni deputatın bu fikirləri ilə razıdırlarmı?

 

"“Yeri gəldi-gəlmədi danışmaq üstün keyfiyyətin göstəricisi deyil"


Parlamentin köhnə deputatlarından olan Fəzail Ağamalı bildirib ki, həmkarının bu cür fikirlər söyləməsi həqiqəti ehtiva etmir:


“Yeri gəldi-gəlmədi danışmağın özü, üstün keyfiyyətlərin göstəricisi deyil. Hesab edirəm ki, iki aya özünü Milli Məclisin deputatı kimi təsdiq etmək kifayət qədər mübahisəlidir və ciddi suallar doğurur. Siyasətçi kimi formalaşmaq, millət vəkili kimi cəmiyyət tərəfindən qəbul edilmək üçün ən azı bir çağırış bütün kriteriyalar üzrə fəallıq göstərmək lazımdır. Ona görə də hörmətli həmkarım Müşfiq müəllimə tövsiyə edərdim ki, yeni deputatlar haqqında fikirlər söyləyərkən təvazökarlıq nümayiş etdirsələr, daha yaxşı olar. Sadəlik və təvazökarlıq müsbət keyfiyyətlərdir”.

 


"Deputatları köhnə və təzə temaya bölməyin əleyhinəyəm"

 

Milli Məclisin digər köhnə deputatı Tahir Kərimli isə deputatların gənc və yaşlı kateqoriyalara bölünməsinin əleyhinə olduğunu deyib:


“Öncə onu deyim ki, deputat Müşfiq Məmmədliyə hörmətim var. Bir məsələyə xüsusi toxunmaq istərdim. Deputatları köhnə və təzə temaya bölməyin əleyhinəyəm. Parlament əsgəri xidmət deyil ki, filankəs “dembel”di, bəhmənkəs “molodoydu” və sairə söylənilsin. Hesab edirəm ki, həm əvvəlki, həm də yeni çağırış parlament deputatlarının içərisində aktiv və passiv olanlar var. Müşfiq Məmmədli deputat olaraq fəaldır deyə, hamını aktiv başa düşür. Hətta gənc deputatlar arasında bəziləri var ki, çox fəaldırlar. Onların fəallığını görəndə sevinirəm. Gənc deputatlarımız arasında irəli gedən, yaxşı natiqlik qabiliyyəti olan savadlı gənclər çoxdur. Bu o demək deyil ki, biz bütövlükdə hamıya qiymət verməliyik. Hesab edirəm ki, “bu deputat gəncdir, o biri qocadır” deyilməsi doğru deyil. Hamımız deputatıq və deputat statusuna uyğun olaraq fəaliyyət göstəririk”. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr