Deputat son 5 gündə 250-dən çox vətəndaşla onlayn görüşüb
Koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparılıb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla onlayn görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili seçicilərinin müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Eyni zamanda Qənirə Paşayevanın köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib. Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi vətəndaşların müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.
Müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.
Millət vəkili eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə daha da geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı görülən işlər barədə də geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə, maska taxmağa, sosial(fiziki) məsafəni qorumağa, əllərin tez-tez yuyulması, dezinfeksiya məsələlərinə xasusi diqqət göstərməyə çağırıb.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”