Naxçıvan koronavirusdan qurtuldu

18:09 07-07-2020 | icon 1708 | Gündəm
Naxçıvan koronavirusdan qurtuldu

Yeni yoluxma qeydə alınmadı

 

Azərbaycanda koronavirusa yoluxmada son vəziyyət açıqlanıb.

 

Versus.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər Bakıda yoluxma hallarının yenidən artdığını göstərir.

 

Belə ki, bundan əvvəlki göstəricilərdə ümumi yoluxma hallarında Bakının payı 53,4 faiz təşkil edirdisə, hazırda bu, 55,1 faizdir.

 

Sonrakı yerlərdə 16,3 faizlə Abşeron, 8,4 faizlə Gəncə-Qazax, 7,5 faizlə Aran, 5,8 faizlə Lənkəran, 1,6 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan 1,1 faizi Yuxarı Qarabağ qərarlaşıb.

 

Rəsmi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yeni yoluxma qeydə alınmayıb.

 

Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 1,3 faizi ölkə xaricində yoluxanlardır.

 

Xatırladaq ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heytinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu brifinqində bugünədək Naxçıvanda 142 nəfərdə koronavirus aşkarlandığını açıqlayıb: "Onlardan 126 nəfər sağalıb, 11 nəfər vəfat edib. Hazırda 5 aktiv xəstənin müalicəsi davam etdirilir. Naxçıvan Muxtar Respublikasında 14 852 test aparılıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ