“İnanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə ediləcək” - MÜSAHİBƏ

11:26 08-07-2020 | icon 728 | Siyasət
“İnanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə ediləcək” - MÜSAHİBƏ

 

Razi Nurullayev: “Böyük bir partiyanın 5 ildir havadan asılı qalması Azərbaycan siyasəti üçün də qəbuledilməz məsələdir”

 

Son günlər müxalifət partiyaları ilə hakimiyyətin görüşləri diqqət çəkməkdədir. Siyasi partiya sədrləri bunu iqtidar-müxalifət münasibətlərinin artıq yaxşılığa doğru dəyişməsi kimi dəyərləndirirlər. Bu günlərdə isə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş keçirilib. Bu görüşdə AXCP sədri Razi Nurullayevi görmədik.

 

Millət vəkili Razi Nurullayev Versus.Az-a müsahibəsində bu kimi nüanslara diqqət çəkib.

 

- Razi bəy, Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş keçirilib. Aldığımız məlumata görə siz dəvət edilməmisiniz. Buna münasibətiniz?

 

- İştirak etməmişəm, heç xəbərim də olmayıb. Mən də sizin kimi mətbuatdan oxumuşam. Bilməmiş deyilsiniz ki, Parlamentdə müstəqil deputat kimi təmsil olunuram. Partiyalılığım sözdə və dildədir. Bu həm bizdə, həm də mətbuatda çaşqınlıq yaradır. Tələb edə bilmərəm ki, məni niyə kənarda saxlayırsınız. Amma təbii ki, böyük bir partiyanın beş ildir ki, havadan asılı qalması yaxşı hal deyil və Azərbaycan siyasəti üçün də qəbuledilməz məsələdir. Elə Parlamentin özündə də həmkarlarım yarızarafat, yarıciddi irad tuturlar ki, Razi müəllim tərəfinizi müəyyən edin, ya o yanlıq olun, ya da bu yanlıq.

 

Görüşü isə yüksək və məqamında edilmiş bir tədbir kimi qiymətləndirirəm. Fərqli baxışlı siyasi partiyalarla bu tip təmaslar hər kəsin xeyrinədir və ümumilikdə udan cəmiyyətimiz və insanlarımız olacaq.

 

- Aparatın müvafiq şöbəsi sizinlə əlaqə saxlayıbmı, görüş keçirilibmi?

 

- Biz görüş tələbi qoya bilmərik. Əlbəttə, görüş yəqin ki, olacaq. Biz məsələnin gecikməsini yeni yaradılan şöbənin işinin çoxluğu ilə əlaqələndiririk. Hər gün də şöbənin etdiyi işlərlə bağlı yeni-yeni informasiyalar yayılır və çoxu da müsbətdir. Onun üçün də pessimist deyilik, inanırıq ki, yaxın zamanlarda bizim də məsələmiz ciddi şəkildə müzakirə edilərək çözüləcək.

 

- Razi bəy, müstəqil deputat olmaq daha yaxşı deyilmi? AXCP kimi qeydiyyata alınacağınız inandırıcı görünmür. Niyə israr edirsiniz ki?

 

- Məsələ israr etməkdə deyil. Biz həyatımızın ən gözəl zamanlarını partiyaya, siyasətə və dövlətçiliyin qorunmasına həsr etmişik. Biz bizə aid olanı, haqqımızın tanınmasını və çəkdiyimiz əziyyətlərin xalq və dövlət tərəfindən qiymətləndirilməsini istəyirik. Qeydiyyat yoxdursa, biz də işimizi bilməli və başqa siyasi format seçməliyik.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr