"Hakimiyyətin müxalifətlə münasibətləri 180 dərəcə dəyişib"
Dinarə Məmmədova: "İqtidar-müxalifət əməkdaşlığı üçün əlverişli şərait yaranır"
"İlin əvvəlindən çox maraqlı proseslər baş verir. Hakimiyyət ictimai-siyasi gündəmi dəyişir. Bu günə qədər atmadığı addımları atır. Müxalifətlə münasibətləri 180 dərəcə dəyişib. Prezident Administrasiyasının rəsmisi partiyalarla görüş keçirib, bir neçə partiyanı qeydiyyata alıblar və digər addımları misal kimi qeyd etmək olar".
Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında ALDP sədrinin müçaviri Dinarə Məmmədova deyib.
Müşavir vurğulayıb ki, daha bir addımbudur ki, indi də "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağrışlar" mövzusunda videokonfrans formatında parlamentə daxil olan partiyalarla görüş keçirilib:
"Fikrimcə bu, görüş siyasi islahatların gətirdiyi yeni dialoq və əməkdaşlıq mühitinin formalaşmasına təkan verəcək. Ölkəmizdə iqtidar və müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşma baş verir. İndi əməkdaşlıq üçün olduqca əlverişli şərait yaranır".
Dinarə Məmmədova qeyd edib ki, Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb və bu, cəmiyyətdə sağlam mühütün formalaşdırılması iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə gətirib çıxardacaq.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”