Ədalət Vəliyevlə Elşad Musayev arasında görüş keçirilib
"Bu gün Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev arasında görüş keçirilib".
Versus.Az xəbər verir ki, bu barədə BAP-ın mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilir ki, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib və bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.
Qeyd edilir ki, ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
PA-nın şöbə müdiri Ədalət Vəliyev siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıqlarını və bunu davam etdirəcəklərini, hər hansı təklifdə bulunan siyasi təşkilat rəhbərlərini dinləməyə hazır olduqlarını, siyasi partiyalara yerlə, qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bəyan edib.
Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”