İqbal Ağazadənin müavini də döyüş könüllüsü oldu
"VƏTƏN sərhəddən başlayır, VƏTƏN sevmək sərhədsizdir"
Xəbər verdiyimiz kimi, Ümid Partiyasının sədri İqbal Ağazadə döyüşə getmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rəsmi qeydiyyatdan keçib.
Versus.Az xəbər verir ki, Ümid Partiyasının daha bir üzvü, partiyanın sədr müavini Tamilla Qulami də bu addımı atıb.
Bu barədə "facebook" səhifəsində paylaşım edən xanım siyasətçi bildirib ki, məmləkətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsində - Binəqədi Rayon İdarəsində qeydiyyatdan keçib:
"Ailəmdən və sizdən gördüyüm nümunələrlə, İqbal Ağazadə, BAŞKANIM! MƏMLƏKƏTİM VƏ SİZİNLƏYƏM! HƏR ZAMAN!"- deyə, T.Qulami qeyd edib.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”