"Xarici işlər nazirinin XİN-dən təyin edilməməsi doğru qərar idi"
Elxan Şahinoğlu: "Yeni nazirin ilk vəzifəsi XİN-də ciddi sturuktur islahatları aparması olacaq"
"Prezidentin köməkçisi Hikmət Hacıyevin xarici işlər naziri təyin olunacağı proqnozlaşdırılırdı".
Versus.Az xəbər verir ki, bunu Azərbaycanın yeni xarici işlər nazirinin təyinatı ilə bağlı açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Prezident Hikmət Hacıyevin fəaliyyətini yüksək qiymətləndirir, gün ərzində onunla daima görüşür, fikir mübadiləsi aparır. Bu baxımdan Hikmət Hacıyevin prezidentin yanında olması vacibdir:
"Dövlət başçısının xarici işlər nazirini XİN-dən təyin etməməsi doğru qərar idi. Elmar Məmmədyarov nazir olduğu 15 ildə rəhbərlik etdiyi qurumu elə biabırcı vəziyyətə salıb ki, açığı diplomatlardan kimsəyə etibar etmək olmaz. Ona görə də mövcud diplomatlardan biri də nazir postuna layiq deyil. XİN-də korrupsiyadan tutmuş vətənə xəyanətə qədər nələr desən var".
E.Şahinoğlu vurğulayıb ki, yeni nazir Ceyhun Bayramovun ilk vəzifəsi XİN-də ciddi sturuktur islahatları aparması olacaq:
"Dövlət başçısının da qeyd etdiyi kimi XİN qohumbazlıq məkanından qurtulmalı, mühüm vəzifələrə millətini və dövlətini sevən, çalışmaq həvəsində olan kadrlar cəlb olunmalıdır".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”