"Bu təxribatçılar ermənlilərlə əlbirdilər" - MÜSAHİBƏ

10:26 17-07-2020 | icon 409 | Siyasət
"Bu təxribatçılar ermənlilərlə əlbirdilər" - MÜSAHİBƏ

Fuad Əliyev: "Təxribatçılar gördülər ki, insanlar azalır, öz çirkin planlarını həyata keçirmək istədilər"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

 

Versus.Az həmin müsahibəni tədim edir:

 

- Fuad müəllim, son günlər ermənilərin təxribatı nəticəsində 11 əsgər və zabitin şəhid olması, ölkənin bir neçə şəhərlərində vətəndaşların orduya dəstək məqsədilə yürüş və mitinq keçirməsini necə qiymətləndirərdsiz?

 

- Bakıda və digər şəhərlərdə vətəndaşların orduya dəstək məqsədilə həyata keçirdikləri yürüşlər onu göstərdi ki, vətənpərvərlik hissi çox yüksək səviyyədədir. Xalqımız dünyaya bir daha sübut etdi ki, Ermənistana sərhəddə cavab verməyə və işğalda olan torpaqları azad etməyə hər zaman hazırdır. Və çox sevindirici haldır ki, hakimiyyət buna mane olmadı, əksinə buna dəstək verdi. Yeri gəlmişkən, bunu dövlət başçısı İlham Əliyev çıxışında qeyd etdi.

 

"Dostlarıma dedim ki, bunun axırı yaxşı olmayacaq"

 

- Fuad müəllim, deyirsiz ki, hakimiyyət buna mane olmadı, dəstək verdi yürüşə. Gecə saatlarında Milli Məclisin qabağında baş verənlər nə idi?

 

- Mən bu yürüşlərin ilkin mərhələsini Neftçilər metrostansiyası yanında müşahidə etdim. Yürüş iştrakçılarını bir neçə kateqoriyaya bölərdim - müşahidə edib süurlu şəkildə dəstək vermək üçün yürüşə qoşulanlar, vətənpərvər ruhunda olan, yürüşü təşkil edənlər və təxribatçılar. Heç kimə sirr deyil ki, xarici qüvvələrin ölkəmizdə qarşıdurma, xaos yaratmaq üçün əlaltıları var. Bunlar da vəziyyətdən yararlanmaq üçün öz rəhbərlərindən göstəriş aldılar. Şüurlu vətəndaş yürüşdə iştrak etdi, Milli Məclisin qabağında izdihamda iştrak etdi, Müdafiə Nazirliyin nümayəndəsinin çıxışından sonra öz vətəndaş mövqeyini nümayiş etdirib evə getdi. Demək olar ki, bu proses 6 saata yaxın çəkdi. Məncə, ordumuza həmrəylik nümayiş etdirmək üçün bu kifayət idi. Amma təxribatçılar gördülər ki, insanlar azalır, öz çirkin planlarını həyata keçirmək istədilər. Açığı desəm, onları görəndə yanımda olan dostlarıma dedim ki, bunun axırı yaxşı olmayacaq. Belə də oldu. Onlar öz istədiklərinə az da olsa çatdılar. Bütün dünya gördü ki, orduya dəstək yürüş-mitinqi polis dağıtdı. Mən deyərdim ki, bu təxribatçılar ermənlilərlə əlbirdilər. Mətbuatdan aldığım məlumata görə, hüquq-mühafizə organları bir neçə təxribatçını müəyyənləşdirərək artıq saxlayıb.

 

- Sizin fikrinizcə Azərbaycana beynəlxalq dəstək kifayət gədər oldumu?

 

- Mən sizin TV Kanalınızda dəstəklə bağlı açıqlama verdim. Hesab edirəm ki, dəstək kifayət gədər oldu. Xüsusilə qardaş Türkiyəni, İranda yaşayan 40 milyon azərbaycanlıları, Pakistanı və əməkdaşlıq etdiyimiz qardaş İraq Türkmənli Partiyasını xüsusilə qeyd etmək istəyirəm. Bəzi ölkələr bizim haqlı olduğumuzu görərək susdular. Susmaqda dəstəyin bir formasıdır. Onları din amilləri birləşdirir, ona görə susmaqla bizə dəstək verməyə məcburdular. 

 

"14 iyulun Birlik Günü kimi qeyd edilməsi təklifini də dəstəkləyirəm"

 

- Ağır döyüşlər zamanı ordumuzda da itkilər olmuşdur. Bir neçə zabit və əsgər şəhid olub. Sosial şəbəkələrdə şəhidlərin xatirələrinin əbədiləşdirilməsi təklifləri səslənir. 

 

- Mütləq olmalıdır. Misal üçün Reaksiya TV-nın rəhbəri Zaur Qəriboğlu General-mayor Polad Həşimova Milli Qəhrəmanı adının verilməsini təklif etdi. Buna dəstək verərək, hesab edirəm ki, General-mayor Polad Həşimov və onunla bərabər şəhid olan bir neçə zabit və əsgərə də Milli Qəhrəman adını vermək lazımdır. Eyni zamanda AMİP Siyasi Şuranın üzvü Rəşad Bayramovun təklif etdiyi 14 iyulun Birlik Günü kimi qeyd edilməsi təklifini də dəstəkləyirəm. O təxribatçıların nə etməsinə baxmayaraq xalqımız orduya öz dəstəyini verdi və birlik nümayiş etdi. Təklif edərdim ki, şəhidlərimizin xatirəsi onların adına küçə və ya məktəblərə verilməklə də əbədiləşdirilsin.

 

- Prezident İlham Əliyevin səfərbərlik istəyənlərə Səfərbərlik və çağırış məntəqələrinə gedib yazılmasını dedi. Bəziləri bunu müxalifət üçün “tələ” kimi qələmə verdilər. Sizcə bu yanaşma nə dərəcə düzgündür?

 

- Hesab edirəm ki, müharibə dönəmində siyasi partiyalar birlik və bərabərlik nümayiş etdirməli, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmalıdır. Təxribatçıların vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır. Bunu 43 partiya birgə imzaladığı bəyanatda bildirdi. O ki, qaldı könüllü dəstələrə yazılmağa, hesab edirəm ki, bu, hər bir vətəndaşın borcudur. Və baxın, minlərlə vətəndaş orduda könüllü xidmət etmək üçün ərizə ilə müraciət edib və bu proses davam edilir.

 

- Fuad müəllim, siz necə müraciət etmisiz?

- Bəli.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr