"Birinci növbədə səfirlər dəyişilməlidir"
Fuad Əliyev: "Nazirliyi səriştəsiz kadrlardan təmizləmək yeni nazir üçün prioritet məsələ olmalıdır"
Dövlət başçısı İlham Əliyevin iyulun 16-da verdiyi sərəncamla xarici işlər naziri Elmar Məmmədyarovu təhsil naziri Ceyhun Bayramovun əvəzləməsi geniş müzakirələr doğurub.
Versus.Az xəbər verir ki, Azərbaycan XİN-də böyük kadr dəyişikliklərinin olacağı da deyilir.
Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, Ceyhun Bayramovun təyinatı sözsüz ki, gözlənilməz idi:
"Təhsil naziri dövründə vətəndaşların mənə ünvanladığı şikayətləri ona yazıb göndərirdim. Və Ceyhun Bayramov bu şikayətləri nəzarətə götürüb həll edirdi. Onun peşəkar təşkilatçısı olduğunu nəzərə alsaq, hesab edirəm ki, XİN bundan sonra tamam başqa səviyyədə qurulacaq".
F.Əliyev qeyd edib ki, XİN-in keçmiş nazirinin adı ABŞ-da 4 milyonluq əmlakın sahibi olması və nazirlikdə korrupsiya işlərində hallanırdı:
"İndi yeni naziri çox çətin işlər gözləyir. Nazirliyi bu səriştəsiz kadrlardan təmizləmək onun üçün prioritet məsələsi olmalıdır. Hesab edirəm ki, onu kənardan gətirib XİN naziri təyin etmək onun üstünlüyüdür. Vaxt aparmadan kadr dəyişikliyi edilməlidir. Yaxın zamanda hücum diplomatiyasının şahidi olacağıq. Hesab edirəm ki, birinci növbədə səfirlər dəyişilməlidir. Bu, əsas amildir.
Adətən vəzifəyə təyin olunandan sonra ilk 100 günlüyündə görülən işlərə qiymət verilir. Ümid edirəm ki, Ceyhun Bayramovun XİN rəhbəri kimi ilk 100 günü uğurlu olacaq”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”