"Ceyhun Bayramovu ictimai olaraq təbrik etmək fikrim yox idi, amma..."
Razi Nurullayev: "İnanıram ki, o, vətəndaşlarımızın və dövlətimizin gözləntilərini doğruldacaq"
"Təhsil naziri vəzifəsindən xarici işlər naziri postuna gətirilən Ceyhun Bayramov haqqında yazmaq və ictimai olaraq da təbrik etmək fikrim yox idi. Çünki, təyin olunduğu saatda mobil nömrəsinə səsli mesaj göndərib təbrik etmişdim, amma..."
Versus.Az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici işlər Nazirliyinə yeni təyinatla bağlı açıqlamasında millət vəkili Razi Nurullayev deyib.
Millət vəkili sosial şəbəkələrdə bu təyinata skeptik yanaşanların və narazı qalanların sayından təəccübləndiyini vurğulayıb:
"Yazırlar ki, Ceyhun Bayramov diplomatik kadr deyil, diplomatiyanı bilmir və sair. Elmar Məmmədyarov diplomatik kadr idi, onlarla səfirlərimiz var, XİN-də işləyən peşəkar kadrlar var. Məgər onlar qərar qəbul etməkdə sərbəstdirlər? Siyasəti hökumət müəyyən edir və onlar icra edirlər. Sabiq nazirin kadr olması nəyi dəyişmışdi ki? Vacib olan üzərinə qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirmək, rüşvət və korrupsiyadan uzaq olmaqdır. Nazir postu siyasi və idarəçilik postudur. Vacib olan işləmək bacarığıdır, istəkdir və ürəyin vətən üçün döyünməsidir".
R.Nurullayev qeyd edib ki, Ceyhun Bayramovla iki dəfə söhbəti olub və bu, çox xoş və səmimi təsir bağışlayıb. Çox mədəni, dünyagörüşlü və enerjili təsir bağışlayıb:
"Mən yeni XİN naziri Ceyhun Bayramovun işinin öhdəsindən gələcəyinə inanıram və gəlin ona uğurlar arzulayaq. İnanıram ki, o, vətəndaşlarımızın və dövlətimizin gözləntilərini doğruldacaq. Elə buradan da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması münasibətilə bir daha təbrik edirəm və ona məsuliyyətli işində uğurlar arzulayıram".
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”