Bir qrup deputat Tovuz və Ağstafa rayonlarında şəhid ailələrini ziyarət ediblər

17:03 19-07-2020 | icon 545 | Siyasət
Bir qrup deputat Tovuz və Ağstafa rayonlarında şəhid ailələrini ziyarət ediblər

Razi Nurullayev: "Ermənistan bilsin ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib"

 

Bir qrup deputat Tovuz rayonuna gedərək Tovuz və Ağstafa rayonlarında şəhid ailələrini ziyarət ediblər. Deputatlar Parlamentin sədri Sahibə xanım Qafarovanın və rəhbərliyin razılığı ilə gəldiklərini bildiriblər və xanım sədrin və rəhbərliyin başsağlığını çatdırıblar.

 

Versus.Az xəbər verir ki, millət vəkili Razi Nurullayev bununla bağlı "facebook" səhifəsində paylaşım edib.

 

"Tovuzun Ağdam kəndində olduq. Qəhrəman insanları gördük. Tovuzun icra başçısı Məmməd Məmmədov bizi bütün yerlərə müşaiyət etdi. Aqstafa icra başçısı Seymur Orucovla söhbətləşdik. Dörd şəhid ailəsini ziyarət etmək üçün imkanlar yaratdı. Sağ olsunlar.

Səfərdə iştirak edən hər bir deputat - Məşhur Məmmədov, Rüfət Quliyev, Vüqar Bayramov, Elnur Allahverdiyev, Vüqar İsgəndərov, Soltan Məmmədov, Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev şəhid ailələrinə təsəlli verdilər və dövlətin hər zaman onların yanında olduqlarını dedilər.

Bacımız və həmkarımız Qənirə xanıma sağ ol deyirik ki, gecə-gündüz buradadır və qadınlığına baxmayaraq cəsarət və mətanətlə vətəndaşların, hərbiçilərin arasındadır.

Hərbi hospitalı da ziyarət edib şəraitlə tanış olacağıq. Azərbaycanın bütün hərbi strukturu müharibə etmək üçün də hazırdır. İstər hərbi texnika, istərsə canlı qüvvə, istərsə də hərbi qospital və xəstəxanalar baxımından. Qoy Ermənistan bilsin ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib və şəhidlərin qanını yerdə qoymayıb və qoymayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr