Koronavirusun qarşısı almaq üçün istifadə olunacaq DƏRMANLAR

09:22 21-07-2020 | icon 385 | Sağlamlıq
Koronavirusun qarşısı almaq üçün istifadə olunacaq DƏRMANLAR

Koronavirus infeksiyasına yoluxmaqdan qorunmaq üçün yeni dərman sinfi ərsəyə gətirilib.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov özünün “Telegram” kanalında bildirib.

 

Onun sözlərinə görə, orqanizmi yeni koronavirusdan qorumağın açarı - monoklonal anticismlərdədir və peyvənd hazır olana qədər bu vasitədən istifadə etmək mümkündür:

 

“Bu, (dərmanlar-red) etibarlı və təhlükəsiz peyvənd alınana qədər risk faktorları olan qruplarda COVID-19-un qarşısını almağa xidmət edəcək”.

 

Həkim görülən bu işlərin çox perspektivli olduğunu deyib:

“Bu anticismlər sayəsində mütəxəssislər müəyyən bir virusa qarşı çox güclü və olduqca xüsusi bir silaha sahibdirlər”.

 

Myasnikov bu dərmanların adı ilə ayırd etməyin asan olduğunu vurğulayıb:

"Onların hamısı “-mab”la bitir - “Tozilisumab”, “Ramizisumab”, “Amisizumab” və sair".

 

Baş həkimin sözlərinə görə, bu cür dərmanlar çox bahalı olsa da, effektivdir.

 

Bununla belə, o, bu dərmanların xəstəliyin ağır gedişinin qarşısını almaq üçün yalnız risk altında olan insanlar tərəfindən istifadə edilməli olduğunu vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI