Düşmənə qarşı "7/24 rejimi"ndə işləməliyik!

16:59 24-07-2020 | icon 510 | Siyasət
Düşmənə qarşı "7/24 rejimi"ndə işləməliyik!

Elman Nəsirov: ""Vəhşi türk" və "zavallı erməni" obrazının yeni təqdimatını həyata keçirmək istəyirlər"

 

"Ermənistan hərbi-siyasi rəhbərliyinin son hərbi avantürasının ardınca dünyadakı erməni lobbisi və diasporu da həmvətənlərimizi təxribata cəlb etmək üçün dəridən-qabıqdan çıxmaqdadırlar. Onların Los-Ancelosda və Brüsseldə törətdikləri barbar hərəkətlərin arxasında məkrli niyyətlər dayanır".

 

Versus.Az xəbər verir ki, bunu Los-Ancelos və Brüsseldə azərbaycanlılara qarşı vandallıq edən ermənilərin məkirli niyyətindən danışan millət vəkili Elman Nəsirov bildirib.

 

Millət vəkili qeyd edib ki, ermənilərin məqsədi dünya ölkələrində yaşayan azərbaycanlıların heysiyyatına toxunmaqla onları da adekvat addımlar atmağa sürükləməkdən ibarətdir:

 

"Sonra isə "fakt"ları toplayıb, azərbaycanlılara qarşı beynəlxalq səviyyədə həbslərin həyata keçirilməsinə nail olmaq, bu hadisərdən "siyasi şou" yaradıb, "vəhşi türk" və "zavallı erməni" obrazının yeni təqdimatını həyata keçirməkdən ibarətdir. Artıq erməni yazılı və elektron KİV-ləri bu istiqamətdə intensiv fəaliyyətə başlamışdır. Xüsusilə Rusiya və bir sıra digər ölkələrdə azərbaycanlı gənclərin "erməni ovuna" çıxdığı ilə bağlı qərəzli informasiyaları geniş tirajlamaqdadılar. Ermənilərin dezinformasiya maşını belə "təcrübə"lərdən çox cıxıb. Bizim xarcdə yaşayan gənclər heç bir halda təxribatlara getməməlidir. Mübarizə yalnız hüquqi müstəvidə aparılmalıdır. Bu istiqamətdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin atdığı operativ addımların ilkin nəticələri vardır. Artıq Belçikada və Kaliforniyada azərbaycanlılara xəsarət yetirmiş ermənilər həbs olunmuş, onlara qarşı cinayət işi açılmışdır. Ermənilərin xaricdə yaşayan gənc azərbaycanlılara qarşı anoloji istiqamətdə cinayət işlərinin açılmasına imkan verməməliyik. Hesab edirəm ki, indiki reallıqda qarşımızda duran yeni vəzifələrin mahiyyətindən irəli gələrək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, xarici ölkələrdəli, səfirliklərimiz, konsulluqlarımız, Diasporla İş uzrə Dövlə Komitəsi və xarici ölkəılərdəki diaspor təşkilatlarımız "7/24 rejimi" ndə işləməli və sıx koordinasiya olunmuş fəaliyyət göstərməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev hücüm diplomatiyasına əsaslanan xarici siyasət kursu müəyyən etmişdir. Bu kursun fəlsəfəsinə vararaq heç bir təxribata getmədən ilk növbədə nüfuzlu xarici KİV-lərdə ermənilərin barabar və vandal davranışını ifşa etməliyik. "Ura patriotizm" yox, düşmənə qarşı beynəlxalq mövqelərimizi gücləndirən ideoloji xətt və mübarizəyə səbərbər olmalıyıq. Bu, zamanın çağırışıdır!"

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr