“Ermənistan bütün hallarda haqsız durumdadır” - MÜSAHİBƏ

19:16 24-07-2020 | icon 917 | Siyasət
“Ermənistan bütün hallarda haqsız durumdadır” - MÜSAHİBƏ

Razi Nurullayev: “Bu, küçədən hakimiyyətə gələn Paşinyanın küçə uşağı olmasını və apardığı siyasətin  küçə siyasəti olduğunu göstərir”

 

Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı apardığı hərbi-siyasi təxribat əməlləri artıq dünyadakı erməni icmalarının əli ilə davam etdirilir. Ermənilərin demokratiya beşiyi olan ABŞ-da etiraz aksiyası keçirən azərbaycanlılara hücum edərək həmvətənlərimizə zərər yetirməsi xüsusilə acınacaqlı bir mənzərəni ortaya qoyur. Bu gün erməni və havadarlarının  məkrli niyyətlərindən əl çəkməsi üçün hanısı addımların atılması müzakirələrin gündəmində dayanır.

 

Versus.Az xəbər verir ki, millət vəkili Razi Nurullayev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Razi bəy, son günlər ermənilərin xarici ölkələrdə, eləcə də Brüsseldə azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq əməlləri hansı ssenariyə əsasən baş verir və beyəlxalq təşkilatların bu ədalətsizliyə hansı reaksiyaları müşahidə olundu?

 

- Ermənilər öz vəhşiliyini, barbarlığını dünyada da göstərməyə başlayıblar. Dünya onların nə qədər məkrli, vicdansız, yediyi qaba tüpürən bir xalq olduğunu görəcək. Təbbi ki, bütün bunlar Ermənistan adlı terrorçu dövlətdən qaynaqlanır. Çünki onlar Azərbaycan diasporasının, xaricdə olan vətəndaşlarımızın bir yumruq kimi birləşdiyini, səfərbər olduğunu gördülər, bundan narahat oldular, informasiya müharibəsində uduzduqlarını sezdilər. Nəticədə Ermənistandan erməni diaspor təşkilatlarına,  digər erməni qurumlarına göstəriş verildi ki, azərbaycanlıların fəallığını azaltmaq üçün hücuma keçsinlər. Ermənilərin mədəni, sivil fəaliyyətlə əlaqələri yoxdur. Onlar hər bir məsələdə zora, gücə meyllənən xalqdırlar.

Təbii ki, belə bir vəziyyətdə Azərbaycan dövlətinin səfirlikləri, xaricdə olan təşkilatları və digər qurumlarımız ermənilərin iç üzünü əyani şəkildə dünyaya təqdim etməlidir və edir. Hesab edirəm ki, bu istiqamətdəki fəaliyyətimiz nəticədə Azərbaycanın xeyrinə işləməkdədir. Çünki artıq Ermənistanın haqsız olduğunu bütün dünya dərk etməyə başlayıb və erməniyə bir qədər spektik yanaşılmalar müşahidə olunur. Bu da erməniləri çox narahat etməyə başlayıb. Bu, küçədən hakimiyyətə gələn Paşinyanın küçə uşağı olmasını və apardığı siyasətin  küçə siyasəti olduğunu göstərir. O, sivilliklə, dövlətçiliklə əlaqəsi olmayan bir baş nazirdir. Təbii ki, onların etdiyi bu əməllər insanlığa utanc gətirən yolverilməz hərəkətlərdir. Və bütün dünya, Azərbaycan da onlara “ayıb olsun” deməlidir və deyir. Ermənilərə ayıb olsun, ar olsun!..

 

“Dünya onların nə qədər məkrli, yediyi qaba tüpürən xalq olduğunu görəcək”

 

- Paşinyanın xaricdə də özünün xarakterinə uyğun olaraq “küçə siyasəti” yürütdüyünü dediniz. Torpaq iddiaları əsasında Azərbaycana qarşı müharibələrini “küçə davası” səviyyəsinə çatdıran erməni vandalları prosesi hansı istiqamətə yönəltməyə cəhd edirlər?

 

- Küçə davası yaratmaqla məsələni heç bir yerə yönləndirə bilməzlər. Belə hərəkətlərlə məqsədləri Azərbaycan təşkilatlarını təxribata çəkməkdir. Ermənilər “kələfin ucunu” itiriblər, nə etdiklərini bilmirlər. Çünki heç bir dövlət, təşkilat hüquqi müstəvidə onlara qulaq asmır, ciddi qəbul etmir. Artıq başa düşməyə başlayıblar ki, Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycan əraziləri kimi tanınır və qəbul olunur. Azərbaycan başqa dövlətdən torpaq istəmir, Azərbaycan öz qaçqınlarını öz torpaqlarına geri qaytarmaq istəyir. Ermənistan bütün hallarda haqsız durumdadır. Hüquqi müstəvidə hərəkət edə bilmədiklərinə görə gücləri yumruqlarına, vay-şivən salmağa çatır.

 

- Razi bəy, illərdir Azərbaycan diasporlarının zəifliyi, yaramazlığı ilə bağlı tənqidi fikirləri çox eşitmişik. Son illər sanki, diasporlarımızın işində müəyyən bir dirçəlmənin olduğu da vurğulanır. Bu gün diasporalarımızın Dünya Azərbaycanlılarının toparlanması və informasiya müharibəsində öz gücünü göstərə bilməsi baxımından apardığı işləri necə dəyərləndirirsiz?

 

- Doğrusu, bu günə qədər diaspora ilə bağlı o qədər də əyani məlumata malik deyildim. Amma hər zaman Azərbaycanda diaspora fəaliyyəti ciddi şəkildə, haqlı olaraq tənqid olunub.  Hörmətli Fuad Muradovun Diasporlarla iş üzrə Komitəyə təyin olunduğu vaxtdan 1 il keçib. İndi biz bu dəfə ermənilərin təxribatına qarşı Azərbaycan diaspora təşkilatlarının səfərbər olunmasında ciddi birlik, effektlilik, vizuallıq, təşkilatlanma gördük. Açığı bir çox insanlar buna təəccübləndi, mən də təəcübləndim və fəxr etdim, sevindim. Belə görünür ki, hörmətli Fuad Muradov işləyə bilib, ortaya fərq qoya bilib, bu da sevindiricidir.

 

- Ermənilərin azərbaycanlılara qarşı “küçə davaları” demək olar ki, dünyanı bürüyüb. Sosial şəbəkə üzərindən yayılan videomateriallardan görünür ki, bu, Rusiyada da müşahidə olunur. Sizcə, “azərbaycanlılar erməni təxribatına uymamalıdır” - deyərkən, nə etməlidirlər, qorxub geriyə çəkilməlidir, yaxud ona dəyən yumruğa eyni tempdə cavab verməyə borcludur, məcburdur?

 

- Yox, heç bir halda Azərbaycan insanı öz haqq işindən geri çəkilməli deyil. Azərbaycan xaqı heç vaxt “erməni yumruğu”ndan qorxmayıb, bu gün də qorxmur və öz mübarizəsini davam etdirəcək. Amma bizim xalqımız hər bir məsələyə sivil yanaşan, mədəni, qanunlara uyan xalqdır. Yaşadığı ölkənin qanunlarına əməl etməyə çalışan xalqdır.  Ermənilər isə hansı ölkədə yaşayırlar yaşasınlar, həmin ölkənin qayda-qanunlarını özlərinə uyğunlaşdırmaq istəyirlər. Mənə belə gəlir ki, Azərbaycan vətəndaşları daha dözümlü davranmalıdırlar və Azərbaycan dövlətçiliyinin qarşısında dayanan missiyaya uyğun hərəkət etməlidirlər, emossiyaya qapılmaq olmaz. Ermənilər iç üzünü göstərib vəhşilik tərədib, barbarlıq edəcəklər, Azərbaycan insanları isə onlara ağılla, hüquqi müstəvidə cavab verməlidir və yaşadığı ölkənin qanunlarına uyğun olaraq onların məsuliyyətə cəlb olunmasına çalışmalıdır. Təbii ki, bu məsələdə orada fəaliyyət göstərən səfirliklərimiz, təşkilatlarımız da mühüm rol oynamalıdır və oynayacaqlar.

 

- ABŞ səfirliyi Brüsseldə baş verən hadisələrə görə Azərbaycandan üzr istəyib. Bu üzrlə məsələ həll olunacaq, yoxsa, ABŞ özü məsələlərin hüquqi müstəvidə həll olunmasına çalışmalıdır?

 

- Diplomatik qaydalara uyğun olaraq Azərbaycandan üzr istənilib və buna görə təşəkkür etmək də olar. Amma təbii ki, səfirlik hər hansı qanunu pozmuş şəxsin cinayətə cəlb olunması üçün praktik addımlar atmır. Bu, hüquq-mühafizə orqanlarının işidir. Ona görə də deyirəm ki, ermənilərin vəhşiliyinə məruz qalan vətəndaşlarımız hüquq- mühafizə orqanlarına müraciət etməli, yaxşı vəkillər tutmalıdırlar. Bu işdə onlara diaspor təşkilatlarımız və səfirliklərimiz kömək etməlidirlər ki, qanunsuz hərəkətlər edən ermənilər hüquqi müstəvidə cəzalandırılsınlar. Bütün bunlar mediada işıqlandırılmalıdır ki, hər kəs ermənilərin nə qədər barbar xalq olduğunu görsün.

 

“Müxtəlif hökumətlər ermənilərlə bağlı “işğalçı” kəlməsini işlətməyə başlayıblar”

 

- Bu gün beynəlxalq təşkilatların Azərbaycanın bu haqq işinin tanınmasındakı mövqeyi özünü müsbət tərəfdən göstərə bilirmi. Beynəlxalq təşkilatlarda Azərbaycanın xeyrinə olan sənədlər qəbul olunsa da, yenə də bu ikili standartlı yanaşmalar qalır. Nəhayət, Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin icraya yönəlməsində işartılar varmı?

 

- Bu il Azərbaycan həqiqətlərinin dünyada tanıdılması baxımından önəmli il olub. Artıq beynəlxalq təşkilatlar, dünya ölkələri, müxtəlif hökumətlər ermənilərlə bağlı “işğalçı” kəlməsini işlətməyə başlayıblar. Avropa Parlamenti belə Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir sənəd qəbul etdi. Ermənistanı aqressor adlandırdı. Ayrı-ayrı ölkələr də bu qəbildən çıxışlar etməyə başlayıblar. Müxtəlif parlament təmsilçilərimizin iştirakçısı olduğu beynəlxalq qurumlar da ermənilərin aqressiyasını pisləyən qətnamələr, qərarlar və açıqlamalar verirlər. Bu, özlüyündə çox böyük uğurdur. Belə görünür ki, artıq bütün dünya bilir ki, haqq Azərbaycanın tərəfindədir. Amma məhz qəbul olunan BMT qətnamələrinin icraya yönəldilməsi məsələsinə ümid etmək bir az sadəlöhvlük olardı. BMT-nin minlərlə icra olunmamış qətnamələri var və Azərbaycanla bağlı olan 4 qətnamə də onların sırasındadır.  Ümumilikdə isə artıq Azərbaycanın Dağlıq Qarabağ -Ermənistan münaqişəsinə dünyanın mövqeyi dəyişib. Onlar bu konfliktlə bağlı həqiqətləri anlamağa başlayıblar və müəyyən bir məqamda cəsarət tapıb Ermənistanın işğalçılıq mahiyyətini dillərinə gətirə bilirlər. Bu özü böyük uğurdur. İndi həmin ölkələrin bu şəkildə açıqlamaları Azərbaycanın Ermənistana təzyiq mexanizmlərini gücləndirən fəaliyyət proqramının qəbul olunmasına səbəb olacaq. Artıq Azərbaycan Ermənistanı cəzalandırmaq üçün müəyyən addımlar atanda beynəlxalq aləmin Azərbaycana təpkisi zəif olacaq. Düzdür, onlar yenə də sülhə və barışa çağıracaqlar, amma “Azərbaycanı cəzalandırarıq” və Azərbaycanı Ermənistanla bir masaya qoymaq fikrindən əl çəkəcəklər. O baxımdan Azərbaycan bu sahədə də güclənir və gələcəkdə ermənilər işğalçılıq siyasətindən əl çəkməsə, torpaqlarını hərbi yolla azad etmək üçün dünyada özünə bir yer hazırlayır. Bu tendensiyada inkişaf gedir və hesab edirəm ki, gedən proseslər Azərbaycanın xeyrinədir.

 

- Rusiya və Türkiyənin regionda bu məsələ ilə bağlı qarşı-qarşıya dayanma ehtimalı nə dərəcədədir? Türkiyə artıq rəsmi qaydada Azərbaycanın yanında olduğunu bəyan edib. Belə bir ərəfədə erməni havadarı kimi qınanan Rusiyanın hansı addımlar atacağı gözlənir?

 

- Azərbaycan dövləti, Azərbaycanın bugünkü hakimiyyəti Rusiya ilə bağlı dünyanın sərgilədiyi sanksiyalarda heç vaxt yer almayıb. Rusiyaya qarşı atılan mənfi addımlara dəstək verməyib. Amma bunun müqabilində biz Rusiyadan gözlədiklərimizi ala bilmirik. Rusiya hələ də Ermənistana daha doğma yanaşır, Ermənistana kömək edir və bu bizim üçün məqbul sayıla bilməz. Rusiyanın bu hərəkətini görən Türkiyə də açıq-aşkar Azərbaycana dəstəyini bildirməyə başlayıb. Bu dəstək həm hərbi miqyasda, həm də digər sahələrdə ola bilər.  Ona görə də, bu qarşıdurma Rusiya-Türkiyə münasibətlərinə də yenidən baxılmasına gətirib çıxara bilər. Və yaxud, Rusiya ilə Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin hansı addımları atıb-atmayacağını da öz aralarında razılaşdıra bilərlər. Təbii ki, Azərbaycan da tərəf kimi iştirakçı olacaq. Mən düşünmürəm ki, Türkiyə bu məsələlərdə geriyə addım ata bilər. Artıq Türkiyə konkret olaraq mövqeyini açıqlayıb. Məsələ burasındadır ki, Rusiyanın Ermənistana münasibəti ilə bağlı bir çox politoloqlarda, insanlarda illüziya var. Bu yalançı illüziyadır. Çünki Paşinyan hökuməti ilə Rusiya arasında müəyyən gərginlik, soyuqluq var, amma bu, keçici bir məsələdir. Problem Rusiya ilə Paşinyan arasındadır. Ermənistan dövlətçiliyi, xalqı ilə Rusiyanın problemi yoxdur. Bəzən fikirlər səslənir ki, Rusiya Paşinyanı cəzalandırmaq üçün Azərbaycanın bir neçə torpağını azad edəcək ki, Paşinyana dərs olsun. Mən bu fikirlə razılaşmıram. Rusiya istənilən halda Ermənistana münasibətini dəyişmir. Ona görə ki, Rusiya Paşinyanı şəxsən cəzalandırıb hakimiyyətdən getməsi üçün müəyyən planlar qura bilər, amma Ermənistana qarşı heç vaxt başqa cür addım ata bilməz. Mən buna təəssüf edirəm. Çünki Azərbaycanla Rusiya tərəfdaşdır, dost ölkədirlər. Amma  Ermənistana münasibəti daha üst səviyyəyə çıxarır. Hesab edirəm ki, Rusiyanın bu siyasəti yanlışdır və buna yenidən baxmalıdır. Eyni zamanda düşünürəm ki, rus xalqı, rus siyasətçiləri və təşkilatları da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləməli, Azərbaycanın yanında olmalıdır. Çünki onlar heç bir zaman Azərbaycandan zərər görməyiblər. Amma Azərbaycanın bu münasibəti də Azərbaycan xalqını fərqli düşünməyə məcbur edir.

 

- Bu gün Rusiyanın KTMT-ni sərhəddə aktivləşdirərək, Azərbaycana növbəti zərbənin vurulması ehtimalından danışılır.  Eyni zamanda Rusiyanın iqtisadi qısqanclığı, Tovuzdan keçən beynəlxalq layihələrə nəzarət etmək eşqi ilə çırpındığı qeyd olunaraq Azərbaycanı, Qərbi, Türkiyəni öz təsiri altına salmaq planları da qeyd olunur. Bu barədə nə düşünürsüz?

 

- Bu ehtimalların əsassız olduğu düşüncəsində deyiləm. Amma KTMT ilə bağlı mənim net bir mövqeyim var. Bu da ondan ibarətdir ki, nə qədər ki, həmin təşkilatda Azərbaycana dost-qardaş olan Qazaxısatan var, elə Belarus da Azərbaycanla dost qardaş ölkəyə çevrilib. Maraqları eyni müstəvidə inkişaf edir,  eləcə də həmin təşkilatda olan digər ölkələr Azərbaycana dostdur. Yalnız Rusiya Ermənistan üzərindən Azərbaycanda öz siyasətini yeritmək istəyir. Amma Rusiya KTMT-nı Dağlıq Qarabağ münaqişəsinə heç cür qoşa bilməz.

 

- Razi bəy, məlumatlara görə Serbiya Gürcüstan üzərindən işşğalçı Ermənistana silah-sursat satır. Gürcüstan hakimiyyətinin öz ərazisindən işğalçı ölkəyə silah ötürməsi ilə bağlı dost ölkədən hansısa izah tələb edilibmi və Milli Məclis bu məsələ ilə bağlı hansı işləri görür?

 

- Bilirsiz ki, Azərbaycan Parlamenti hazırda toplaşmır. Amma Parlamentin işçi qrupları, beynəlxalq təşkilatlardakı nümayəndəlikləri işləyir və onlar dəqiq mövqe ortaya qoyub. Azərbaycanın millət vəkillərinin bununla bağlı yüzlərlə məqalələri xaricdə aparıcı mətbuatda çap olunub və ayrı-ayrı etirazları, bəyanatları yer alıb. Hazırda Azərbaycan xarici siyasəti dairəsində və digər qurumlarında araşdırmalar aparılır. Araşdırmalardan sonra əgər məlum olsa ki, doğurdan da Serbiya silahları Gürcüstan üzərindən Ermənistana çatdırır və o silahlarla Azərbaycan əsgərləri şəhid olur, o zaman Azərbaycanla Serbiya və Gürcüstan arasındakı münasibətlərin yenidən format olunmasına ehtiyac yaranacaq. Bu sübut olunacaqsa, həmin ölkələr Azərbaycanla dost adlana bilməyəcəklər.

Bu gün Azərbaycan Gürcüstana ən böyük sərmayə qoyan ölkədir. Azərbaycan Gürcüstan dövlətçiliyinin ən çətin zamanlarında onlara dayaq olub və bu, Azərbaycana çox baha başa gəlib. Hətta Rusiya ilə müharibədə Azərbaycan Gürcüstanın yanında dayandı. Gürcülər soyqdan donanda Azərbaycan onlara təmənnasız qaz verdi. Azərbaycanın  Gürcüstana pul qazandıran bir çox layihələri onların ərazisindən keçib. Eləcə də Serbiya ilə də Azərbaycan arasında müəyyən dostluq münasibətləri olub. Demək olar ki, Serbiyanın özü də onoloji konfliktlərdən zərər çəkən tərəfdir və belə bir ölkənin öz yaralarını unudub ona yara vuran tərəfə bu şəkildə yardım göstərməsi nə etik cəhətdən düzdür, nə də dostluq prinsiplərinə uyğun gəlmir. Serbiya ilə Rusiyanın yaxın münasibətləri olduğuna görə Rusiyanın resursları ilə Ermənistana silah göndərməsi mümkün ola bilərdi. Əgər bu baş veribsə, Serbiya  hökuməti bu məslədə ziyan çəkən tərəflərdən biri olacaq və beynəlxalq aləmdə Serbiyaya qarşı münasibətin dəyişilməsində Azərbaycan dövləti, parlamenti bütün addımları atacaq. /ucnoqta/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr