Ehtiram Mehdiyev: "Osmanqızı və digərləri bütün dövrlərdə Azərbaycana ermənilərdən daha düşmən mövqedə olublar"
"Cəbhə xəttində gərginlik gedən gündən orduya, hakimiyyətə, xalqa xaincəsinə hücum edən, erməni dəyirmanına su tökən Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Əli Kərimli və digərləri indi də xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, Qarabağ deyib Orduya və dövlətə dəstəyini bildirən azərbaycanlılara xaincəsinə hücum edirlər".
Bunu Versus.Az-a açıqlamasında deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehdiyev deyib.
E.Mehdiyev vurğulayıb ki, adlarını sadaladığı kəslər bütün dövrlərdə Azərbaycana ermənilərdən daha düşmən mövqedə olublar:
"Əgər onlar vətənpərvərdilərsə, taleyüklü məsələlərdə şəxsi ambisiyalarını kənara qoyub ölkə üçün birlik göstərərdilər. Niyə etirazlara qoşulmadılar? Hardaydılar? Yoxsa erməni havadarları icazə vermədilər? Bəli, onlar Ermənistanın və digər maraqlı tərəflərin xüsusi xidmət orqanlarının sifarişi ilə konkret missiya həyata keçiriblər...
Azərbaycanlılara "vətənşüvən", "xuliqan", "bandit" deyən Osmanqızı qeyd edir ki, xaricdə qarşıdurmanı Azərbaycan tərəfi başlatdı. Amerikada mövqeyini möhkəmləndirmək, erməni lobbisinə xidmət etmək üçün dəridən qabıqdan çıxmağa ehtiyac yoxdur. Onlar sizin kimiləri istifadə edib atırlar. Saxta vətənpərvərliyinizi, Azərbaycana olan nifrətinizi xalq yaxşı bilir".
E.Mehdiyev bildirib ki, sapı özümüzdən olan baltalar əllərinə düşən hər fürsətdə klaviatura arxasında dövlətə qarşı ikinci cəbhə olurlar:
"Hesab edirəm ki, bu təhlükəni aradan qaldırmaq üçün bu cür saxtakarları ifşa etməliyik. Hər bir azərbaycanlını onların sosial şəbəkə hesablarını şikayət etməyə çağırıram".
SEVDA
Versus.Az