“Azərbaycan öz diaspora işini, lobbiçilik fəaliyətini gücləndirməlidir”
Ramiyə Məmmədova: "Diasporalarımız öz haqq səsini bütün dünyaya eşitdirməlidir"
Tovuzdan Los-Ancelesə qədər uzanan erməni təxribatı, erməni vandallığı işğalçının cinayətkar əməllərdən əl çəkmədiyini bir daha ortaya qoydu. Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə sərhədlərini aşır və yenə də “dünyaya bağırıb”, haqq səsimizi kəsməyə çalışırlar. Tovuz müharibəsi və Brüsselə qədər uzanan erməni təxribatının, dinc aksiya keçirən azərbaycanlılara qarşı zorakılığı isə heç bir ÖLÇÜYƏ SIĞMIR, birmənalı qarşılanmır.
Erməni təxribatına qarşı beynəlxalq aləmdə haqqımızın tanınmasını necə təmin etməli?
Vəziyyəti Versus.Az-a şərh edən politoloq Ramiyə Məmmədova bir çox nüanslara toxunmaqla qəti və birmənalı mövqe sərgiləyiblər.
“Erməni zorakılığına məruz qalan azərbaycanlılar buna cavab verməlidir”
Türkiyədə fəaliyyət göstərən “Word Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova bildirib ki, Azərbaycan illərdir erməni vandallığı ilə üz-üzə qalıb.
Bu gün dünya ictimaiyyəti bilməlidir ki, Tovuz hadisələrindən sonra Bakıda başlayan, Brüsseldə, digər xarici ölkələrdə davam edən aksiyalar SSRİ-nin dağılmasından sonra Azərbaycan ərazilərində yaradılan Dağlıq Qarabağ münaqişəsinın 30 ildən bəri həll olunmamasının nəticəsidır:
“Ermənilər 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda, Bakıda, Sumqayıtda öz vandallığını göstərdi, sonra Xocalı soyqırımını törətdi, torpaqlarımız işğal olundu. Bütün bunlar dünyanın gözü qarşısında baş verdi və hələ də davam etməkdədir. Ermənilərin Azərbaycan ərazilərində apardığı işğal, terror siyasəti müxtəlif siyasi manevrlərlə bu günə qədər uzadılıb. Dünya bu haqsızlığa susduqca, işğalda qalan xalqın əsəblərini tarıma çəkir. Sülhpərvər dövlət olan Azərbaycan müharibənin danışıqlar yolu, sülhlə həll olunacağı ümidi ilə münaqişəyə çox səbrlə yanaşıb. Ermənilərin törətdiyi cinayətlər cəzasız qalıb və cəzasız qaldıqca da azğınlaşır. Bundan istifadə edən erməni xisləti özünün vandallığını genişləndirərək, Azərbaycanın Qarabağdan kənar başqa bölgələrinə də göz dikib. Və ermənilərin Tovuz istiqamətindəki hərbi hücumları başqa mətləbləri ortaya qoyur. Tovuzda erməni təxribatı ilə başlayan müharibə Azərbaycan vətəndaşlarının səbr kasasını doldurdu. Xalq bir daha anladı ki, erməni vandalları, işğalçıları nəinki sülhə gəlmək, işğal etdikləri əraziləri azad etmək fikrində deyil. Azərbaycan xalqı artıq bu müharibənin tamamən bitirilməsini tələb edir, hər bir azərbaycanlı torpağını geri almaq niyyətindədir”.
R.Məmmədova xalqın erməni hərbçilərinin Tovuz istiqamətində həyata keçirdiyi təxribata qarşı sərt reaksiyasını iyulun 14 də Bakıda keçirlən aksiya ilə dünyada nümayiş oldunmasını təsadüfi saymadı. Onun fikrincə, bu gün ermənilərin etdiyi vəhşiliklərin hər birinin cavabı verilməsə, torpaqlar işğaldan azad olunmasa emossiyalar getdikcə qızışacaq:
“Erməni təxribatları səngimir. Ermənilər xaricdə işğalçıya qarşı dinc mitinq təşkil etmək istəyən insanlarımızı döydü, vurdu, daş qalaq etdi. Və təbii ki, erməni zorakılığına məruz qalan azərbaycanlılar bua cavab verməlidir. Biz vurmağın, öldürməyin tərəfdarı deyilik, amma erməni vəhşilərinin bizə etdikləri də cavabsız qala bilməz. Buna beynəlxalq təşkilatalar da öz münasibətini bildirməlidirlər, ciddi yanaşıb araşdırmalıdırlar. Azərbaycanlılara xəsarət yetirən erməni vəhşilərinin cavabı beynəlxalq hüquq normaları çərçivəsində verilməli cinayətkarlar cəzalarını alnalıdırlar. Qoy bilsinlər ki, bu cür haqqabazlıqla Azərbaycanı öz torpaqlarını işğaldan azad etmək niyyətindən heç kəs çəkindirə bilməz. Təbii ki, biz erməni deyilik və kiminsə küçəyə çıxıb vururb-dağıtmasının tərəfdarı deyiləm və belə bir niyyətimiz də yoxdur. Lakin biz öz sözümüzü dinc aksiyalar vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq istəyiriksə, erməni dəyənəyi də buna mane ola bilməz”.
Politoloq bildirib ki, bu prosesdə Azərbaycan diasporaları öz səsini bütün dünyaya çatdırıb, haqq səsini eşitdirməlidir:
“Bu prosesdə diasporalarımız daha aktiv rol almalıdır. Dünyaya bəyan eləməlidirlər ki, Ermənisatan torpaqlarımızı işğal edib və işğalçılıq siyasətindən əl çəkmir. Dinc aksiyalarda belə zorakılıq hallarının yaradılması ermənilərin çoxdanki siyasətidir. Onlar aqressiya yaradıb, sonra öz lobbilərinin, diasporlarının dəstəyi ilə öz əməllərini azərbaycanlıların üzərinə atmaqda mahidrlər. Bu mənada belə təxribatlar törədən, aksiyalarda azərbaycanlılara hücum edib onlara xəsarət yetirən ermənilər, hazırda özünün təbliğatını Azrbaycanın aqressor obrasını yaratmağa yönəldib. Ermənilər güc yolu ilə sözlərini deməklə, vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər. Lakin Ermənistan bu siayasəti ilə özünü daha da pis vəziyyətə qoyur. Ermənistanın onsuz da olmayan imicinə bir az da zərər gətirir”.
R.Məmmədova Azərbaycanla bağlı xaricdə aparılan təbliğatın küçə aksiyalarından çox, konqresslərdə, ictimai-siyasi təşkilatlarda, yüksək kürsülərdə aparılmasını xüsusilə önəmli hesab edib:
“Azərbaycan vətəndaşlarının Bakıda etdiyi dəstək aksiyası xaricdə də davam etdirildi və diaspora təşkilatları gec də olsa aktiv vəaliyyətə başladılar. Los-ancelesdə, Belçikada, Praqada olan hadisələr münaqişələrin daha da qızışdığını göstərir. Eləcə də Ukrayada 4 azrbaycanlı tələbənin güllə ilə vurularaq öldürülməsi, yaralanması faktı vəziyyətin nə dərəcədə gərgin olduğunu göstərir. Sanki yaranmış bu vəziyyət regionda marağı olan dövlətləri qane edir. Ona görə də çalışmalıyıq ki, erməni txribatlarına uymadan daxildə və xaricdə öz işimizi görək”.
R.Məmmədova hesab edir ki, torpaqlarımız xaricdə keçirilən aksiyalarla azad olunmayacaq. Lakin Azərbaycan xaricdə təbliğatını yüksək səviyyədə qurmaq üçün öz diaspora işini, lobbiçilik fəaliyətini gücləndirməlidir:
“Lobbiçilik və diaspora fəaliyyətinin inkişafına ciddi maliyyə dəstəyi ayrılmalıdır. Yüksək təbliğatın qurulması isə xarici paramentlərdə, dövlət səviyyəsində, konqreslərdə, televiziya və saytlarda aparılmalıdır. İnsanların beyninə, şüuruna Azərbaycan haqqında həqiqətlər yeridilməli, torpaqların işğala məruz qoyulduğunu və illərdir haqsızlığa məruz qaldığımızı çatdırmalı və haqq ədalət tələb edilməlidir. Azərbaycanın bütün həqiqətlərini xaricdə söyləmək üçün yüksək səviyyədə münasibətlər qurulmalı, konqresmenlər, ayrı-ayrı ictimai təşkilatlar, iş adamları, televiziya, radiolarda təsirinin olması üçün həmin yerlədə öz nümayəndələrinin işləməsi, inkişaf etməsinə çalışmalıdır. Azərbaycanlıların xarici ölkələrdə hansısa yüksək postları tutması, hər zaman Azərbaycanın sözünün deyilməsi və eşidilməsi deməkdir. Azərbaycan ziayalıları dünyaya çıxmalıdır, verilişlərdə öz sözübü deməlidir. Azərbaycan dövləti özünün mədəniyyəti, siyasəti ilə təbliğ olunmalıdır. Bu mənada lobbiçilik və diasporaların üzərinə böyük iş düşür”.
Politoloq eyni zamanda bildirib ki, Paşinyan sülh danışıqları prosesini özünün cəfəng çıxışları və başladığı müharibə ilə sıfıra endirib. Minsk qrupunun da fəaliyyəti heç bir şeyi həll etmir və fəaliyyəti sıfıra bərabərdir.
Torpaqları işğalda qalan və beynəlxalq təşkilatların öz maraqları uğrunda regionda oyunlar qurmasından, beynəlxalq hüuquqn torpaqların işğaldan azad olunmasında işlədilməməsindən yorulub. Azərbaycan yorulub və məslənin tamaməm həllini tələb edir. Paşinyanın etdiyi çıxışlardan görünür ki, Ermənistan heç çür sülhə gəlmək istəmir və Azərbaycan torpaqlarının işğalından əl çəkmək niyyətində deyil:
“Tovuz döyüşləri də məhz bunu göstərdi. Dinc sakinləri vuran Ermənistanın Tovuz istiqamətində başladığı hərbi əməliyyatlardan görünür ki, sülhə gəlməyəcəklər. Bu gün münaqişənin elə bir pik nöqtəsinə gəlmişik ki, geriyə yol yoxdur. Prezidentin də dediyi kimi, biz müdafiyə yox, hücum siyasətini aparmalıyıq. Çünki biz sülh yolunu tutduqca, beynəlxalq hüquq nornma və qaydalarına əməl etdikcə, ermənilər bunu zəifliyimiz kimi qəbul edib daha da azğınlaşır. Ermənilər getdikcə beynəlxalq hüquq normalarına məhəl qoymayaraq bütün həddələrini aşır və həyasızcasına ərazilərini daha ada genişləndirmək, Tovuz hadisələrinin analizi göstərir ki, Paşinyan bundan heç nə qazanmadı. Paşinyan Tovuzada müharibə yaratmaqla daxildəki gərginliyini ört-basdır etməyə çalışsa da, KTMT-nı müharibəyə cəlb etmək istəsə də, bu alınmadı və mümkün də deyil. Lakin öz məkirindən əl çəkmir və guya Azərbaycanın sərhədləri pozduğunu, Azərbaycanın müharibə istədiyini deyir. Ermənistan özünü yazıq göstərib, arxadan zərbə endirməyə öyrənib. Bu gün Paşinyan dəstək ala bilmədiyi üçün atışmanı dayandırmağa məcburdur. Təbii ki, bu savaşı Qarabağ və kənar 7 yaronun işğaldan azad olunmasına yönəltmək lazımdır. Artıq sülh yolu ilə deyil, nə bahasına olursa olsun torpaqlarını işğaldan azad etməliyik. Ermənilərin vandallığı cavabsız qalmamalıdır”.
Politoloq hesab edir ki, bu gün Azərbaycan diaspora və lobbiçilik fəaliyyətinin Türkiyə ilə bərabər hərəkət etməsi yaxşı nəticələr verə bilər. Onun fikrincə, əslində Türkiyə lobbisi də dünyada güclü deyil. Bu da onunla əlaqədardır ki, Türkiyə lobbiçilik işinə əhəmiyyət göstərməyib:
“Bizim lobbiçilik və diaspora fəaliyyətimiz sıfıra bərabər idi. Lobbiçilik, diaspora işini görən tək insan cənab Prezident idi və bütün kürsülərdə Azərbaycanın problemini qaldırırdı. Bu gün isə hadisələrdən göründü ki, diaspora fəaliyyətimizdə tərpəniş var və artıq işlər görməyə başlayıb. Bu da alqışlanılası bir məsələdir. Tovuza erməni hücumundan sonra bütün dünyada dinc aksiyalar keçirilməyə başladılar və bütün dünyanı əhatə etdi. Bu dinc aksiyalar çox müsbət qarşılanır. Xaricdə Azərbaycan bayrağının qaldırılması, Azərbaycan torpaqlarına azadlıq deyilməsi bütün dünyada səs-səda salmağa başlayıb. Gecikmiş olsa da, tərpəniş var iş gedir.
Azərbaycanlıların ayağa qalxmasından sonra Türkiyə səfirlikləri, diasporaları da Azərbaycana dəstək verməyə başlayıblar. Tovuz istiqamətində gedən döyüşlərdə Türkiyə başqanı Rəcəb Tayyib Ərdoğanın və digər səlahiyyətli şəxslərin Ermənistana barmaq silkələyib, “Azərbaycanın arxasında biz varıq deməsi”, bu gün iki ölkə diasporalarının birlikdə fəaliyyət göstərməsinə də zəmin yaradır. Türkiyə-Azərbaycan bayraqları etiraz aksiyalarında bir yerdə qalxır. Türkün birliyindən qorxan erməni və havadarlarının qorxuya düşərək daha da aqressiyalaşmasını nəzərdən qaçırmaq olmaz”.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”