"İnsanlar narazıdır, dar gün üçün saxladıqları vəsaitlər bitib"

13:06 30-07-2020 | icon 429 | Siyasət
"İnsanlar narazıdır, dar gün üçün saxladıqları vəsaitlər bitib"

Razi Nurullayev: "Azərbaycan gənclərinə ürəyim ağrıyır, işləyirlər, amma əməkhaqqı çox aşağıdır"

 
 

"Azərbaycan gənclərinə ürəyim ağrıyır. Azərbaycanda nəinki gənc nəsil, orta nəsil, yaşlılar arasında da işsizlik problemi geniş yayılıb".

 
 
Versus.Az xəbər verir ki, bunu deputat, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.
 
 
O, qeyd edib ki, sərt karantin rejiminə görə də iş yerləri azalıb, təşkilatlar iflas səviyyəsinə çatıb:
 
 
“Mən sərt karantin rejimini ilk günlərdən bəyənməmişəm. Hökumət sərt karantinə getməklə pandemiyanın qarşısına almağa çalışırdı. Amma daha böyük problemlər ortaya çıxdı. İnsanlar narazıdır, bütün pulları, dar gün üçün saxladıqları vəsaitlər bitib. İqtisadiyyat, turizm sıradan çıxıb. İnsanlar arasında psixoloji problemlər də çoxalır. Bu da özlüyündə gənclərin də işsizlik problemlərini artırır. Bu işin arxasında dayananlar cənab prezidentə yanlış rəy veriblər”.
 
 
Razi Nurullayev vurğulayıb ki, “pandemiya ilə də bağlı çölə çıxmayın, öləcəksiniz, cərimələyəcəyik, həbs edəcəyik” kimi qadağalarla təbliğat aparmaq olmaz:
 
 
“Kiçik, orta və böyük müəssisələr bankrot həddinə çatıbsa, işsizliklə bağlı mənzərə də qaçılmazdır. Bir müəssisənin 100 nəfər işsizi varsa, onun 80 nəfəri öz hesabına məzuniyyətə buraxılıbsa, biz necə vəziyyətin yaxşı olduğunu deyə bilərik? Azərbaycan gənclərinə ürəyim ağrıyır. İşləyirlər, amma aldıqları əməkhaqqı çox aşağıdır. İnsanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün gəlirli, stabil iş yerləri olmalıdır. Gənclərin yarıdan çoxu daş hörür, sement qarışdırır. Yarısı Qaradağda ”KamAZ"lara daş yükləyir. Bu daşlarla da Azərbaycanı hasara bürüyürlər”.
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr