Millət vəkilləri şəhid generalın ata ocağını ziyarət ediblər

21:05 31-07-2020 | icon 735 | Siyasət
Millət vəkilləri şəhid generalın ata ocağını ziyarət ediblər

"Polad Həşimov düşmənə sarsıdıcı zərbələr vurdu və dövlət sərhəddimizi qorudu"

 

14 iyulda Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general Polad Həşimovun Qəbələnin Vəndam kəndindəki ata ocağı bugün millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov tərəfindən ziyarət edilib.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva şəhid generalın ata evini ziyarət etməyin, müqəddəs Qurban bayramı Günü generalın ailə üzvləri ilə bir yerdə olmağın mənəvi borc və unudulmaz gün olduğunu deyib.

 

General Polad Həşimovun yüksək vətənpərvərliyinin canlı şahidi olduğunu qeyd edən Qənirə Paşayeva, Polad Həşimov kimi generalların milli sərvət olduğunu və onların şəhid olduqdan sonra da, qoyub getdikləri ömürlə, əcdadların hərbi ənənələrinə əsaslanan sərkərdəlik bacarıqlarının bir örnək təşkil etdiyini bildirib:

 

“General Polad Həşimov 2016-cı ilin aprelində olduğu kimi, Tovuza düşmən hücumunu dəf edərkən də, adına və rütbəsinə yaraşan şəkildə müstəsna vətənkeşlik ruhu ilə irəli atıldı, düşmənə sarsıdıcı zərbələr vurdu və dövlət sərhəddimizi qorudu”.

 

Polad Həşimovun 2003-cü ildə Ümumilli lider Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, 2014-cü ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini, 2019-cu il, iyunun 25-də isə ona general-mayor ali hərbi rütbəsi verildiyini xatırladan Q.Paşayeva, generalın xatirəsinin, hərbçi özkeçmişinin unudulmaz olduğunu vurğulayıb.

Ali Baş Komandan cənab İlham Əliyevin Qəbələyə dünənki səfərində bir daha Polad Həşimovun haqqında danışdığını, xidmətlərini xatırlatdığını deyən xanım Paşayeva, qəhrəmanın adının Qəbələdə və Tovuzda tezliklə əbədiləşdiriləcəyinin artıq bəlli olduğunu bildirib.

Ən böyük qiymətin Tanrı tərəfindən – hərbçi istedadı, gözəl ailə, nüfuzedici şəxsiyyət və nəhayət şəhidlik mərtəbəsi ilə verildiyini deyən Q.Paşayeva, dövlətin, xalqın da öz şəhid generalını bağrına basdığının, xatirəsini uca tutduğunun qürurverici olduğunu deyib.

 

Millət vəkili Məşhur Məmmədov general Polad Həşimovun şəhid olmasının bütün dünyada bilinməsini, dünyanın dörd tərəfindəki həmvətənlərimiz tərəfindən duyrulduğunu, onun adının bir milli birlik, həmrəylik hadisəsinə dönüşdüyünü deyib.

M.Məmmədov hadisələr vaxtı Tovuza getdiyini, keçən günlərdə generalın silahdaşı olmuş digər şəhidlərin ailəsinin də ziyarət olunduğunu, bugün və sabah da belə ziyarətlərin davam edəcəyini və bu ziyarətlərin bir mənəvi borc olduğunu deyib.

 

Millət vəkilləri, şəhid generalın ailəsinin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin yüksək diqqətindədir və hər bir millət vəkilinin, məmurunun da borcu, şəhid ailələrinə münasibətdə dövlət başçısından örnək götürməkdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr