Azərbaycanda deputat ilk dəfə gəlirlərini AÇIQLADI

08:03 01-08-2020 | icon 814 | Siyasət
Azərbaycanda deputat ilk dəfə gəlirlərini AÇIQLADI

Erkin Qədirli bayrampuluna aydınlıq gətirdi

 

Milli Məclisin üzvü Erkin Qədirli Qurban bayramına görə deputatlara verilən və dünəndən sosial şəbəkələrdə müzakirə səbəb olan məsələyə aydınlıq gətirib.

 

Versus.Az xəbər verir ki, E.Qədirlinin sözlərinə görə, deputatlara verilən bayram payı köhnə qaydadır və illərdir tətbiq olunur.

 

"Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) - Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.

 

Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki:

 

1) etik saymıram;

2) reklamdan xoşum gəlmir;

3) hamıya yardım etmək imkanım yoxdur".

 

Erkin Qədirli Milli Məclisin deputatları arasından ilk millət vəkili olaraq özünün maliyyə hesabatını açıqlayıb:

 

"Mart-avqust aylarında (maaş + bayram payları + məzuniyyət haqqı) təxminən 20 min manat almışam. Ortalama, aya 3.3 min manat alınır. Maaşdan başqa gəlirim yoxdur.

 

Xərclərim:

 

1) 4,000 (çeşidli xeyriyyə işləri - heç birisi hökumətin təşəbbüsü və ya kommersiya layihəsi olmayıb);


2) 2,400 (anamın evində təmir işləri);


3) 1,500 (maşınımı bir neçə dəfə təmirə aparmalı oldum - 13 il sürürəm onu, istər-istəməz orasını-burasını düzəltmək lazım gəlir);


4) 1,000 (saytın qurulmasına verdim - hələ açmamışam);


5) başqa xərclər (komunal, benzin, çeşidli xəbər və analitik saytlarda abunə haqları, ərzaq və s.)

 

Bunları söylədiyim anda maaş kartımda 9,860 manat 59 qəpik qalır.

 

Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Yalnız, doğum günümdə dostlar Çin istehsalı olan 1 smartfon (Xiaomi), 1 kostyum, 1 köynək və 1 qalstuk bağışlayıblar".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr