Deputat Milli Məclisdə bir sıra təkliflə çıxış etdi

16:04 06-08-2020 | icon 498 | Siyasət
Deputat Milli Məclisdə bir sıra təkliflə çıxış etdi

Qənirə Paşayeva: "Kənd rayonlarında su problemləri, suvarma problemləri hələ də ciddi olaraq davam etməkdədir"

 

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuş müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.

 

Versus.Az xəbər verir ki, Qənirə Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub:

 

“Dünya ağır bir pandemiya dönəmindən keçir. İnsanlarımız cənab Prezidentimizin rəhbərliyi altında dövlətimizin əhalimizin sağlamlığı, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı həyata keçirdiyi proqramları yüksək qiymətləndirir. Amma bəzi məsələlər var ki, onlara da böyük diqqət yetirilməsini istərdik. Təxminən 15 min aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarına edilən güzəştləri, həmin vəsaitin dövlət büdcəsindən ödənilməsini yüksək dəyərləndiririk. Amma belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərimizlə görüşdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar. Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını tək başına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdəndə çətin vəziyyətdə olan ailələrə tələbələrin neçənci kursda oxumasından asılı olmayaraq dəstək göstərilsin, onlara tğhsil haqlarında güzəştlər olunsun.”

 

Millət vəkili dövlətimizin sahibkarlığa göstərdiyi dəstək barədə də danışıb. O bildirib ki, bu sahədə 10 minlərlə insan çalışır və ölkə iqtisadiyyatının gücü sahibkarlığın inkişafı ilə ölçülür. Millət vəkili deyib:

 

“İnsanlarımız karantin qaydalarının onları qoruduğunu bilirlər. Lakin bəzi təkliflər səsləndirirlər ki, Operativ Qərargah bəzi sahələrdə yumşaldılmanın aparılmasını həyata keçirsinlər. Mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur. Mebel, qızıl və geyim dükanlarından başlayaraq mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət olardı. Yoluxma riski qapalı məkanlardakı qədər böyük olmayan, açıq havada yerləşən restoranlar, kafelər var ki, orada karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar. Dövlətimiz hər zaman əhalinin sağlamlığını iqtisadiyyatdan üstün tutur. Hər birimiz bu fikri dəstəkləyirik. Amma bu məsələlərə də baxılması, risklərin dəyərləndirilməsi yaxşı olardı. Çünki insanlarımız arasında belə müraciətlərin sayı getdikcə artır. Vüqar müəllimin fikrinə dəstək olaraq mən də müvafiq qurumlara nüraciət edirəm ki, azaldılan xərclər arasında su təsərrüfatı ilə bağlı xərclər olmasın. Cənab Prezidentimizə su anbarlarının tikintisi üçün imzaladığı sərəncama görə təşəkkür etdik. Kənd rayonlarında su problemləri, suvarma problemləri hələ də ciddi olaraq davam etməkdədir. Bütün bunları nəzərə alaraq, xahiş edirik ki, azaldılan xərclər arasında su təsərrüfatı xərcləri yer almasın”.

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr