"Kimin hara köçəcəyi rəsmi Beyrutun marağında deyil"

19:02 06-08-2020 | icon 886 | Geopolitika
"Kimin hara köçəcəyi rəsmi Beyrutun marağında deyil"

Elxan Şahinoğlu: "Livan erməni vətəndaşlarına Azərbaycanın işğal altındakı torpaqlarına məskunlaşmanın təhlükəsini anlatmalıdır"

 

"Livanda güclü partlayış nəticəsində bu ölkədə yaşayan ermənilər də xəsarət aldılar. Livanda iqtisadi və sosial vəziyyət partlayışa qədər də ağır idi. Bu ölkənin xarici borcları artır, iqtisadi artım isə yoxdur. Partlayış bu ölkənin borclarını daha da artıracaq. Bu vəziyyətdə Livanda yaşayan ermənilər başqa ölkələrə köçmək barədə düşünürlər. Livanda yaşayan varlı ermənilər ABŞ və Avropadakı ölkələri seçirlər. Bu ermənilər ABŞ və Avropadakı qohumlarının maliyyə dəstəkləri hesabına adı çəkilən ölkələrə gedirlər. Livanda yaşayan kasıb və Qərb ölkələrində qohumu, tanışı olmayan ermənilər isə Ermənistanı seçmək məcburiyyətində qalırlar".

 

Versus.Az xəbər verir ki, bunu şərhində politoloq Elxan Şahinoğlu bildirib.

 

Politoloq bildirib ki, Livandakı ermənilərin Ermənistana köçünü diqqətlə izləməliyik. Çünki, Ermənistanda dəyişən hakimiyyətlərin illərdir davam edən siyasəti ona yönəlib ki, kənardan gələn ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə köçürülsün:

 

"Ermənistan hakimiyyəti bu yolla işğal altındakı əraziləri məskunlaşdırmağa çalışır. Eyni ilə Suriyada müharibə başlayanda varlı ermənilər Qərb ölkələrinə, kasıb ermənilər isə Ermənistana və bir hissəsi işğal altındakı torpaqlara köçürüldü. Ermənistanda doğulan və yaşayan ermənilər Azərbaycanın işğal altındakı torpaqlarına köçmürlər, çünki bunun onlar üçün necə risqli olduğunu və gələcəkdə müharibənin qaçılmaz olduğunu anlayırlar. Gəlmə ermənilər isə Dağlıq Qarabağ və digər işğal altındakı rayonları ona görə seçirlər ki, çünki İrəvan onlara başqa alternativ təklif etmir, işğal altındakı ərazilərdə isə onlara ev, heyvan və bir qədər maliyyə verir".

 

E.Şahinoğlu vurğulayıb ki, rəsmi Bakı Beyrutdakı partlayışla bağlı Livana 1 milyon dollar verib. Ermənistan qardaş adlandırdığı Livana quruca başsağlığı verərkən, Azərbaycan pul ayırıb. Bu unudulmayacaq:

 

"Əlbəttə, bu o demək deyil ki, Livan bu pulun müqabilində gələcəkdə Ermənistanla münasibətlərinə göz gəzdirəcək. Buna baxmayaraq, bizim tam haqqımız var ki, diplomatik kanallarla Livan hökumətinin diqqətinə çatdıraq ki, erməni vətəndaşlarına Azərbaycanın işğal altındakı torpaqlarına məskunlaşmanın necə təhlükəli olduğunu bəri başdan anlatsın. Ancaq orası da var ki, partlayışdan sonra Livan elə vəziyyətdədir ki, kimin hara köçəcəyi rəsmi Beyrutun marağında deyil. Tam əksinə, iqtisadi və sosial xaosa yuvarlanan Livan hökuməti ölkə əhalisinin bir hissəsinin, o cümlədən ermənilərin miqrasiyasını arzulayır".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr