Azərbaycanın koronavirus adlı bəşəri bəla ilə mübarizədə qazandığı həlledici məqam...

21:19 08-08-2020 | icon 840 | Siyasət
Azərbaycanın koronavirus adlı bəşəri bəla ilə mübarizədə qazandığı həlledici məqam...

Bizim hər birimizin vətəndaş məsuliyyətindən, milli əzm və iradəmizdən asılıdır

ƏLİ HƏSƏNOV
/
Tarix elmləri doktoru, professor,
YAP İdarə Heyətinin üzvü
/

 

Azərbaycanda koronavirusla mübarizə sahəsində həyata keçirilən effektli tədbirlər öz müsbət nəticələrini verməkdədir! Şükürlər olsun Allaha ki, bu xəbər ölkə başçısının bugünkü müşavirədəki çıxışına istinadən bütün yerli informasiya vasitələrinin başlığına çıxarılıb.


Söz yox ki, koronavirus pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri effektli izolyasiya tədbirlərinin görülməsi, əhali arasında geniş müayinələrin aparılması və xəstəlik hallarının vaxtında aşkarlanaraq müalicəyə cəlb olunması idi. Şükürlər olsun ki, bizim ölkədə bu xəstəliyin sürətlə və geniş yayılma ehtimalını nəzərə alaraq, COVID-19-la bağlı ölkəxarici və ölkədaxili izolyasiya tədbirləri dərhal və effektli formada tətbiq olundu, şübhəli insanların təcrid olunması və müvafiq testlərin keçirilməsinə xüsusi diqqət yetirildi və dövlət səviyyəsində digər qabaqlayıcı təxirəsalınmaz addımlar atıldı. Bununla yanaşı yoluxan insanları təcrid etmək və onların kontaktda olduğu şəxsləri müəyyənləşdirmək istiqamətində də çox opertiv və effektli iş təşkil olundu.
Görülmüş tədbirlər ölkə miqyasında infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırdı və sanitar-epidemoloji vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. Ölkə başçısının qəbul etdiyi kifayət qədər operativ və effektli qərarlar və onun tapşırığı ilə NK yanında operativ qərargahın həyata keçirdiyi təsirli tədbirlər bu gün ölkə üzrə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində lazımi effektli nəticələrini verməkdədir. 


Hazırda Azərbaycanda virusa yoluxmuş vətəndaşlarımızın xüsusi izolyasiya şərairində, hər çür texniki imkana malik çoxsaylı səhiyyə müəssisələrində müalicəsi aparılır. Dövlət başçısının qərarı ilə bir çox səhiyyə müəssisələri üçün vaxtında xüsusi avadanlıqlar alınaraq quraşdırılıb, virusa yoluxan insanların müalicəsi üçün ən yüksək standartlara cavab verən yeni xəstəxanalar və labaratoriyalar yaradılıb. Cənab Prezidentin və birinci Vitse Prezidentin iştirakı ilə, Bakıda və bölgələrdə müasir diaqnostik avadanlıqlarla, tibbi ləvazimatlarla təmin olunmuş neçə-neçə modul tipli xəstəxanalar qurularaq istifadəyə verilib.


Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən bütün bu operariv tədbirlərin, o cümlədən koronavirusla mübarizəyə səfərbər olunmuş aidiyyatı qurumların- səhiyyə işçilərinin, polis və digər mühafizə orqanları əməkdaşlarının, dövlət qulluqçularının və b. aidiyyatı instansiyaların xidmətinin nəticəsidir ki, ölkəmiz koronavirusla mübarizədə effektli nəticələrə nail olub, virusun daha geniş kütlələr arasında yayılmasının qarşısını effektli formada blokada edə bilib. Əlbəttə, bu işdə əhalimizin də ellikcə səfərbər olunmaq bacarığı və lazımi məqamda milli iradə nümayiş etdirmək qabiliyyəti öz pozitiv rolunu oynamışdır. 
Dəyərli soydaşlar, əziz dostlar! Azərbaycanın koronavirus adlı bəşəri bəla ilə mübarizədə qazandığı həlledici məqam bundan sonra da bizim hər birimizin vətəndaş məsuliyyətindən, milli əzm və iradəmizdən asılı olacaq. Əgər hər birimiz bu ümummilli işdə hökumətin qəbul etdiyi qərarların icrasına əlimizdən gələn köməyi göstərməsək, öz üzərimizə düşən vəzifələri yerinə yetirməsək, nə dövlətimizin gücü və qüdrəti, nə dövlət başçısının qəbul etdiyi ən effektli və operativ qəqarlar, nə də ki, aidiyyatı qurumların neçə aydır ki, nümayiş etdirdiyi gərgin fəaliyyət gözlənilən əsas nəticələri verməyəcəkdir. Bizdən tələb olunansa sadə bir istəkdir: “virusa yoluxub xəstəxanaya düşməkdənsə, məsuliyyətli davran, təmizliyə, sosial məsafəyə və özünü ətraf aləmdən qoruma şərtlərinə əməl et, sağlam ol”!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr