Deputat seçicisinin problemini nəzarətə götürdü
Razi Nurullayev: “Günahkarlar üçün çox pis olacaq”
Müasir Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin İmişlidə sakinlərlə görüşü davam edir.
Versus.Az xəbər verir ki, deputat İmişlinin Otuziki kəndində xəstə yatağında olan Mansır Sarıyevi ziyarət edib.
Razi Nurullayev seçicisinə qarşı haqqsızlıq edildiyini və məsələni nəzarətə götürdüyünü bildirib:
“Öyrəndim ki, bu kişiyə pulsuz çatacaq dərmanları belə minnətlə verirlər və ya verməkdən imtina edirlər. Məsələni nəzarətə götürürəm və əgər qanunsuzluq aşkarlansa, günahkarlar üçün çox pis olacaq".
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”