Deputatın müraciətlərinin bir hissəsi öz müsbət həllini tapıb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 300-ə yaxın vətəndaşla onlayn qaydada danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Versus.Az xəbər verir ki, eyni zamanda millət vəkilinin köməkçisi tərəfindən 200-ə yaxın müraciət dinlənilib.
Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub. Aliment ala bilməyən qadınlardan gələn müraciətlərin sayının ciddi narahatlıq doğuracaq dərəcədə artması nəticəsində məlum olub ki, cəmiyyətdə problem hələ də geniş vüsət alır.
Məsələdən ciddi narahatlıq yaşayan millət vəkili bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və məsələnin həlli istiqamətində görülən işlərin sürətlənməli olduğunu bildirib.
Vətəndaşlarla onlayn müzakirələr zamanı Qənirə Paşayeva koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.
Millət vəkili eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”