"Bu şəxslərə yoxlama qurtarana gədər ölkəmizdən çıxış qadağan olunmalıdır"

10:17 17-08-2020 | icon 906 | Siyasət
"Bu şəxslərə yoxlama qurtarana gədər ölkəmizdən çıxış qadağan olunmalıdır"

Fuad Əliyev: "İstənilən səfirliyi yoxlasaq, kulli miqdarda yeyinti faktlar aşkar olunacaq"

 

"Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) 1 aydan çoxdur apardığı həbslərlə bağlı son günlər sensasiyalı məlumatlar yayılmaqdadır. Ən sensasiyalı məlumat DTX tərəfindən Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovu saxlanılması olub. Onun maliyyə pozuntusuna yol verdiyi, küllü miqdarda dövlət vəsaiti mənimsədiyi iddia olunur. İndi bununla bağlı DTX-dan verilən məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı XİN fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib".

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun həbsi ilə bağlı özünün "facebook" səhfəsində yazıb.

 

ALDP sədri sual edib ki, niyə Arif Məmmədov yox, məhz Eldar Həsənov:

 

"Məlum məsələdir ki, DTX toplanan sübutlar əsasında onu həbs edib. Hesab edirəm ki, Hesablama Palatası Azərbaycan Respublikasının bütün diplomatik nümayəndəliklərində yoxlamalar aparmalıdır. Ondan qabaq səfirlər, konsullar, səfirlikdə maliyyə məsələlərə baxan şəxslər Bakıya çağırılmalıdırlar. Bu şəxslərə yoxlama qurtarana gədər ölkəmizdən çıxış qadağan olunmalıdır. Bu yoxlamalar keçmiş səfirlərə də aid olunmalıdır. Xalqın, dövlətin pulunu mənimsəyib, xaricdə sığınacaq tapanlar da. İstənilən səfirliyi yoxlasaq kulli miqdarda yeyinti faktlar aşkar olunacaq".

 

F.Əliyev səfirlərin fəaliyyətsizliyini sadalayıb:

 

"Bu illər boyu səfirlərin dövlətimizə nə xeyiri olub? Azərbaycan vətəndaşlarının hüquqları pozulanda bir bəyanat verib, etiraz ediblərmi? Azərbaycan mədəniyyətini necə təbliğ ediblər, mədəniyyət günlərini keçirdiblərmi? Bu qədər səfirlik ümumiyyətlə niyə lazımdır? Baxın, Cənubi Amerikada iki səfirlik var – Argentina və Braziliyada. Bizim Cənubi Amerikada nə marağımız var? Ölkənin marağı varsa bu iki ölkədə olan səfirlikləri birləşdirib birində səfirliyi saxlamaq lazımdır. Eyni ilə Şimali Amerikada olan səfirliklərə də aiddir. ABŞ, Kanada, Meksika və Kuba da. Yəqin ki, bu üç olkədən birində, ABŞ səfirliyimiz qalsa, bu ölkəyə yaxın olan Meksika və Kanadanı da öz fəaliyyətilə əhatə edə bilər. Mən Afrikada olan səfirliklərin ümumiyyətlə niyə açıldığını başa düşmirəm. Avropada isə demək olar ki, bütün ölkələrdə səfirliklərimiz var. Niyə lazımdır bu qədər xərc, bu qədər ştat saxlamağa nə ehtiyac var?"

 

F.Əliyev hesab edir ki, Belçikada, Brüselldə səfirlik, Polşa və İtaliyada və yaxud başqa iki ölkədə konsulluq açılsa, daha məqsədəuyğun olar. Onun sözlərinə görə, keçmiş Sovet ölkələrin hər birində səfirliyin olmasına da ehtiyac yoxdur:

 

"Bunlar hamısı korrupsiya mənbəyidir. Büdcədən kulli miqdarda pul silirlər. Heç kim dövlətin, xalqın maraqlarını müdafiə etmir, ancaq şəxsi maraqlarına görə Azərbaycanı təmsil etdiyi ölkələrdə fəaliyyət göstərirlər. Bunun qarşısını almaq lazımdır. Səfirliklərin sayını azaltmaq, peşəkər diplomatlar yetişdirməklə biz Azərbaycan dövlətinin nüfuzunu möhkəmləndirə bilərik. Ümumiyyətlə, ölkəmizin maraqlarına uyğun olaraq səfirliklər fəaliyyət göstərməlidir. Peşəkar diplomatlar xalqın, dövlətin maraqlarını güdməlidir. Səfir təyin olunanlar başa düşməlidirlər ki, onlar kimlərisə təmsil etmirlər, onlar Azərbaycan xalqını təmsil edirlər. Onlar öz xalqını, dövlətini həqiqi mənada sevməlidirlər. Və işlədiyi ölkələrdə öz hərəkətləri, öz davranışı ilə xalqımızın adını uca tutmalıdırlar".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr