Deputata müraciət edən 20 nəfər öz işlərinə bərpa edildilər
Razi Nurullayev: "O 20 nəfərin sevincinə səbəb olmaq nə böyük xoşbəxtlikdir"
Bir müddət öncə Bakı Nəqliyyat Agentliyindən işdən çıxarılan 20 vətəndaşımız deputat Razi Nurullayevə müraciət edərək haqqsızlığa uğradıqlarını bildirmişdilər. Deputat da məsələnin araşdırlılması üçün BNA-nin rəhbəri Vüsal Kərimliyə müraciət etmişdi. Bu gün artıq həmin 20 nəfər öz işlərinə bərpa ediliblər.
Versus.Az xəbər verir ki, bununla bağlı Razi Nurullayevin özü məlumat verib:
"Bakı Nəqliyyat Agentliyinin 20 nəfəri işdən çıxarması ilə bağlı mənə müraciət edildiyini yazmışdım. BNA-nin rəhbəri hörmətli Vüsal Kərimli ilə müzakirə etdiyimi də demişdim. Son günlər müəyyənməsələlərlə bağlı məşğul olduğumdan paylaşmağı unutmuşam. Artıq 20 nəfərin həyacan və probleminə son qoyulub. Onlar işlərinə bərpa ediliblər və mənə təşəkkürlərini də bildiriblər".
Deputat öz növbəsində BNA rəhbərliyinə təşəkkür edib:
"Mən də müraciətimə müsbət yanaşan BNA rəhbərliyinə təşəkkürümü bildirirəm. 20 nəfərin sevincinə səbəb olmaq nə böyük xoşbəxtlikdir".
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”