"Anlaşma olsaydı, 11 il həbsdə qalmazdı"

09:28 18-08-2020 | icon 465 | Siyasət
"Anlaşma olsaydı, 11 il həbsdə qalmazdı"

Fuad Əliyev: "Sabiq nazirin susqunluğu yəqin ki, taktiki addımlardır"

 

“Açığı, mən heç kimin fəaliyyəti ilə xüsusi maraqlanmıram. İndi sizin sualdan belə aydın olur ki, onun fəaliyyətində sükutluq yaranıb. Hesab edirəm ki, heç bir anlaşma əldə olunmayıb. Əgər belə bir anlaşma olsaydı, 11 il həbsdə qalmazdı, üstəlik bu həbs müddəti bitəndə haqqında əlavə cinayət işi açılmaz, daha 3 ilə yaxın həbsxana həyatı yaşamazdı".

 

Versus.Az xəbər verir ki, bu sözləri "Yeni Müsavat" qəzetinin sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun son zamanlar “susqunluğu" ilə bağlı sualına cavabında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

 

ALDP rəhbəri vurğulayıb ki, sadəcə məlumatı var ki, sabiq nazir təsis etdiyi partiyanın gücləndirilməsi ilə məşğuldur, yeni üzvlərin qəbulu gedir, paralel olaraq özünə müttəfiq axtarışındadır:

 

"Tənqidi müsahibələrinin yoxa çıxması yəqin ki, bununla əlaqədardır, yaxud da bu taktiki addımlardır. Bir də ki, kiminlə anlaşa bilər? İnanmıram ki, hakimiyyətdə olan yeni komanda onu qəbul etsin. Ola bilər ki, hakimiyyətdə qalan köhnə komanda ilə - hansılar ki, onu həbs ediblər - onlarla anlaşa bilsin. O da heç bir fayda verməyəcək. Çünki vaxtı ilə hakimiyyətdə olanlar şəxsi maraqlar, yenə də var-dövlət əldə etmək siyasəti ilə məşğuldurlar. Amma ondan öncə də qisas almaq siyasətindədirlər. Nə xalq, nə də ki, demokratiya onları maraqlandırmır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr