"Azərbaycan-Türkiyə hərbi-siysi blokunun yaradılması gündəmdə saxlanmalıdır"
Dinarə Məmmədova: "Partiyalar ölkə üçün vacib olan məsələlərin müzakirəsində iştrak etməlidir"
Məlum olduğu kimi, Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AMDP) və Azərbaycan Xalq Hərəkatının (AXH) təşəbbüsü ilə 15 təşkilat Azərbaycanda olan Türkiyə Silahlı Qüvvələrinin millətimiz üçün həyati əhəmiyyət kəsb etdiyini, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının ən yüksək səviyyəyə qaldırılmasını və iki qardaş dövlət arasında hərbi-siyasi blokun yaradılmasını zəruri hesab edib.
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən ALDP sədrinin müşaviri Dinarə Məmmədovanın fikrincə, Azərbaycanın və Türkiyənin dövlət və milli maraqları, həmçinin digər türk dövlətlərin milli maraqları da Türkiyənin Azərbaycanla əməkdaşlığını istəyir.
Dinarə xanım vurğulayıb ki, ALDP bu əməkdaşlığın genişlənməsi, gələcəkdə digər türk dövlətlərin və Pakistanın da bura qoşulacağını istəyir:
"Ümumiyyətlə, bu tədbirlərin davamlı olduğunu istərdik. Hesab edirəm ki, siyasi partiyalar, QHT, medianın belə məsələlərə birgə mövqe sərqiləmələri davamlı olmalıdır. ALDP hər zaman Azərbaycan və onun maraqları naminə istənilən siyasi qüvvə ilə əməkdaşlığa hazırdır. Ermənistanın Tovuzdakı təxribatından sonra 43 partiyanın birgə imzaladığı bəyanatı misal kimi çəkə bilərəm. Bu bəyanata və toplantıya qoşulmayanların mövqeyilərinə hörmətlə yanaşıram. Amma hesab edirəm ki, partiyalar ölkə üçün vacib olan məsələlərin müzakirəsində iştrak etməlidirlər. ALDP olaraq bundan sonra da belə məsələlərdə öz dəstəyimizi verəcəyik".
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”