Azərbaycan hərbi-siyasi bloku və Rusiya faktoru...

17:43 19-08-2020 | icon 656 | Siyasət
Azərbaycan hərbi-siyasi bloku və Rusiya faktoru...

Ramiyə Məmmədova: “Türkiyə-Azərbaycan hərbi-siyasi blokunun yaramasında baş verən gecikmə Rusiya faktoru ilə bağlıdır”

 

Türkiyə-Azərbaycan hərbi-siyasi blokunun yaranma zərurəti ölkə gündəminin ən aktual mövzusu olaraq qalmaqdadır. İllərdir Ermənistanın hərbi təcavüzünə qarşı susan beynəlxalq təşkilatların haqq səsimizi qulaqardına vurması, müstəqil dövlət olaraq  Azərbaycanın öz təhlükəsizliyi naminə ciddi addımlar atmasını tələb edir. Beynəlxalq aləmin hüququn aliliyinə deyil, gücün aliliyi prinsipinə söykənməsi ölkəmizin də bu düzənə uyaraq öz müdafiəsi naminə qardaş dövlətlərlə hərbi-siyasi bloklarda birləşməyini tələb edir. İndiki məqamda belə bir hərbi siyasi blokun ən çətin anlarında Azərbaycanın yanında olan qardaş Türkiyə ilə qurulması istisna edilmir.

 

Əks halda yaxın 30 ildə Azərbaycana qarşı düşmənçilik siyasəti yeridən, azərbaycanlıları soyqırımına məruz qoyan, torpaqlarımızı işğal altında saxlayan və bu gün də öz havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparıb tariximizi saxtalaşdıran, müxtəlif bəhanələrlə işğalda qalan torpaqlarımızdan  Ermənitsana yollar çəkdirən və bu gün də Rusiya tərəfindən silahlandırılan Ermənistan öz məkrli niyyətindən əl çəkən deyil.  Və beynəlxalq aləm isə “tərəfləri sülhə çağırırıq”,kimi cəfəng bəyanatlar səsləndirməkdə davam edəcək. Ona görə də Azərbaycan Türkiyə ilə hərbi-siyasi blokda birləşməli və nəhayət düşmənə öz gücünü göstərməlidir.

 

Bu gün ölkə ictimaiyyəti tərəfindən birmənalı olaraq irəli sürülən bu tələblər nədənsə hələ də öz yerini tutmur. Nəyə görə Azərbaycan özünün təhlükəsizliyini təminatı üçün müstəqil şəkildə addım ataraq Türkiyə ilə hərbi bloka qatılamır. Əgər dövrün tələbinə əsasən Türkiyə-Azərbaycan hərbi-siyasi bloku bir zərurətdirsə, yaranması niyə gecikir?

 

Politoloq Ramiyə Məmmədova Versus.az-a bildirib ki, bu birliyi zəruri edən səbəb və faktlar kifayət qədər var. Lakin qloballaşan dünyanın iqtisadi-siyasi maraqlar müstəvisində qarşı-qarşıya gəldiyi bir dönəmdə. Azərbaycan son dərəcədə diqqətli və ölçülüb-biçilən siyasət yürüməlidir.

 

Politoloq bildirib ki, erməni hərbi qüvvələrinin Tovuzda başlatdığı 4 günlük mühribədən sonra Türkiyənin  Azərbaycana göstərdiyi açıq dəstək, iki qardaş dövlətin milli, dini, tarixi kökdən qaynaqlanan və regionun geopolitik durumuna əsaslanan strateji güclərin birləşdirmə ideyasını çoxdan gündəmə gətirib. Onun fikrincə,  bu birlik gələcəkdə inkişaf edərək TURAN ideyasının gerçəkləşməsinə də apara  bilər:

 

“Bu gün Türkiyə artıq dünyada müsəlman və türk dövlətlərinin birəşməsi ideyasının gerçəkləşməsində özünün aparıcı rolunu ifadə edən əsas lider dövlətə çevrilib. Türkiyə cumhurbaşqanının apardığı bu siyasətin əsasında Böyük TURAN dövlətinnin yaradılması ideyası görünür. Cərəyan edən proseslər Türkdilli dövlətləin siyasi baxımdan birləşmsini çoxdan zəruri edib. Bunun əsası Azərbaycan-Türkiyə Hərbi-siyasi Konfederativ Birliyin yaradılması ilə qoyula bilər. Və Türkiyənin bu prosesə Azərbaycandan başlaması da təsadüfi deyil. Azərbaycan Cənubi Qafqazda ən güclü türk, müsəlman dövlətidir və iqtisadi baxımdan böyük layihələrə  imza atıb. Eləcə də coğrafi məkanda türk dövlətlərinin dostu olan Türkiyəyə yaxın olmaqla yanaşı,  Avropa ilə Asiyanı, ayrı-ayrı mədəniyyətləri birləşdirən körpü rolunu oynayır.  İki türk dövlət başçılarının yaxınlığı bu iki dövlətin birliyini, daha da yaxınlaşmasını zəruri edir. Lakin O da bəllidir ki, regionu özünün nəzarətində saxlamağa çalışan güclər Türk Dövlətlərinin Birliyini istəmir”.

 

R.Məmmədova bildirib ki, iyulun 12-də Tovuzda  baş verən hadisələrdən sonra hərbi birlik  zərurət daha da artıb:

 

“Çünki Tovuzdan Avropaya uzanan neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin qorunmasının məsuliyyəti məhz Türkiyənin üzərindir. Tovuz hadisələri bir baş Türkiyəyə və Qərbə qarşı verilən mesajlardır və Türkiyə çox cəsarətlə buna öz cavabını verdi. Bu mənada Tovuzda ermənilərin başladığı 4 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstək labüd idi”.

 

 

 

Poitoloq  bildirib ki, Türkiyə-Azərbaycan hərbi siyasi birliyinin zəruri edən digər əsas məqam Qarabağın işğaldan azad olunması və bölgədə münaqişələrə son qoyulması məsələsidir:

 

“Blokun yaranması regionda sülhün, əminəmanlığın bərqərar olunmasında mühüm rola malik ola bilər. Bu, Qarabağ münaqişəsinin həllinə  ismarcdlr. Azərbaycan əsgərlərinin NATO tərkibində olan Türk əsgərləri ilə birgə təlimlər keçirməsi Azərbaycan hərbi potensialının inkişafı deməkdir. Düşmən bunun nə dəmək olduğunu yaxşı bilməlidir”.

“Suriya ilə Liviyadan sonra Azərbaycan 3-cü dövlətdir ki, Türkiyə ilə Rusiya burada qarşı-qarşıya gələ bilər”.

 

R.Məmmədova hesab edir ki, Türkiyə-Azərbaycan hərbi-siyasi blokunun yaramasında baş verən gecikmə Rusiya faktoru ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya 70 il Qafqaz dövlətlərini əsarətdə saxlayan böyük bir dövlətdir:

 

“70 illik əsarətdə qalan dövlətlərin Rusiyadan asılılıqları təbii ki, var. Bu, yaxın qonşuluq əlaqələri və tarixi keçmişə bağlıdır. Dünya sistemində Cənubi Qafqazda gedən bütün proseslər Rusiyanın əlinin altındadır. Suriya ilə Liviyadan sonra Azərbaycan 3-cü dövlətdir ki, Türkiyə ilə Rusiya burada qarşı-qarşıya gələ bilər.  Rusiya da çox gözəl başa düşür ki, Türkiyənin  Qafqaza girməsi və bölgədə yer alması onun ziyanınadır”.

 

Politoloq hesab edir ki, Azərbaycan Rusiya ilə münasibətlərdə də çox çevik, balanslı siyasət yürütməlidir. Elə edilməlidir ki, bu iki güc dövləti regionda qarşı-qarşıya  dayanmasın:

 

“Azərbaycan Türkiyə ilə dostluğunu, qardaşlığını daha da inkişaf etdirməklə yanaşı Rusiya ilə də balanslı siyasət yürütməlidir. Çünki regionda bir tərəfdə qardaş Türkiyə dayanır, digər tərəfdə isə düşmənlərinmizə dəstək verən Rusiya.  Rusiya zatən Qarabağ üzərindən oyunlar quraraq Azərbaycanda  özünün təsirlərini saxlamaq üçün təxribatlar aparır.  Məhz Rusiyanın əli ilə torpaqlarımız işğal olunub, soyqırımlar törədiblər. Rusiya indi də ermənilərə dəstək verir. Lakin Azərbaycan elə siyasət yürütməlidir ki, məhz Rusiyanın əli ilə də torpaqlar geri alınsın. Görünür ki, Türkiyə ilə Rusiya arasında balans yaratmaq üçün Azərbaycanın da siyasi oyunlara getməsi tələb olunur. Bu prosesdə ən böyük güc Azərbaycanın üzərinə düşür”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr