Prezident idarəçiliyinin Parlamentə verilməsi gündəmə gətirildi
Fuad Əliyev: "Parlament idarəçiliyinə keçmək üçün proporsional seçki sistemini bərpa etmək lazımdır"
Bəzi post Sovet ölkələri Prezident üsulu idarəçiliyindən parlament idarəçiliyinə keçiblər. Düzdür, bunun Azərbaycan idarəetmə sisteminə nə dərəcədə uyğun olub, olmaması sualı ətrafında vaxtaşırı müzakirələr gedib. Müstəqilliyi qazanandan sonra bir çox siyasi partiyalar belə bir təkliflə çıxış edib. Görünən oldur ki, bu təkliflər hələ də adekvat qarşılanmır.
Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, ALDP 1999-cu ildən - yaranan gündən - ölkənin prezidentlik idarəçiliyindən parlament idarəçiliyinə keçməsini vacib hesab etdiyini bəyan edib.
Fuad Əliyevin sözlərinə görə, partiya rəsmiləri keçən illər ərzində bu məsələni gündəmdə saxlayıblar:
"Sözsüz ki, Prezident üsulu idarəçiliyindən parlament idarəçiliyinə keçmək üçün proporsional seçki sistemini bərpa etmək lazımdır. 2002-ci ildə keçirilən Referendum vaxtı bəzi partiyalar bu Referendumu boykot etdilər. ALDP isə “Baş nazirin səlahiyyətlərinə - hə, proporsional seçki sistemin ləğvinə - yox” şuarı ilə bir ay ərzində ölkəmizdə kampaniya apardı. Paralel olaraq mən Referendumu boykot edən partiya sədirlərilə görüşürdüm və onlara boykotun yanlış olduğunu başa salırdım. Çox təəssüf ki, onlar öz bildiklərini etdilər. Amma çox keçmədən öz səhflərini başa düşüb, 2005-ci ildən başlayaraq proporsional seçki sistemin bərpası məsələsini dilə qətirdilər. Bu onu göstərir ki, bizim bəzi siyasətçilər nəinki iki-üç addım, heç bir addım qabağı hesablıya bilmirlər. Proporsional seçki sisteminin ləğvi partiyalara böyük zərbə vurdu, partiyaların fəaliyyətini zəiflətdi. 2008-ci ildə proporsional seçki sisteminin bərpası üçün Referendum keçirilməsi təşəbüsü ilə çıxış etdik və tələb olunan 450 min imzanı toplamaq üçün siyasi partiyalara müraciət göndərdik. Baxmayaraq ki, hamı bu sistemin bərpasının tərəfdarı idi, heç kim bu məsələdə bizi dəstəkləmədi. İndi isə partiyaların çoxu həm proporsional seçki sisteminin bərpasını və ölkəmizin Parlamentli Respublikaya keçməsini istəyirlər. Mən bunu alqışlayıram. Hesab edirəm ki, Parlament idarəçiliyi olkəmizdə demokratik deyişiklərə və inkişafa təkan verəcək. Paralel olaraq partiya sistemi də güclənəcək”.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”