"Bakıda da həbs olunası icra başçıları var"

16:21 20-08-2020 | icon 525 | Siyasət
"Bakıda da həbs olunası icra başçıları var"

Hafiz Hacıyev: "Həmin icra başçısının saxtakarlıqlarını ört-basdır edənlər həbs edilməlidir"

 

“Bunlar o qədər arxayındırlar ki, düşünürlər tutulsalar, Akif Covdarov kimi pulumuzu verib çıxacağıq”.

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
 
Partiya sədri icra başçılarının həbsinin davam etməsinin vacibliyini vurğulayıb:
 
“İcra başçılarının həbsi davam etməlidir. Beş-altı nəfəri tutmaqla iş düzəlmir. Əsas onların başında duranlar getməlidir. Kürdəmirin icra başçısının saxtakarlıqlarını ört-basdır edən şəxslər həbs edilməlidir. Bu gün Zeynal Nağdəliyev niyə getmir, bilmirəm. Bunlar o qədər arxayındırlar ki, düşünürlər tutulsalar, Akif Covdarov kimi pulumuzu verib çıxacağıq. Bunlar bir milyard yeyirlər, həbs olunanda da bir milyon verib çıxırlar. Bunu isə deyən yoxdur. Bizim mediada bunları yazmır. Təkcə Hafiz Hacıyevdir ki, bu yolda həyatını, canını qoyub və özünü də axşama kimi söydürür".
 
 
Hafiz Hacıyevin fikrincə, nəinki Kürdəmir, bu gün Bakıda həbs olunası nə qədər icra başçıları var:
 
 
"Onları niyə həbs etmirlər? Niyə bu icra başçıları çöldə qalmalıdır? Niyə dövlət başçısına xəyanət edənlər həbs edilməməlidir? Alimpaşa deyir ki, mənim böyüyüm Ramiz Mehdiyevdi, amma bir dəfə prezidentin adını çəkmir. Özü də Fazil Məmmədovun yaxın adamı idi və ona "dədə" deyirdi. Bunu Şəmkir camaatı danışır. Niyə bəs o, həbs edilməməlidir? Ziya Məmədovun qoyduğu kadrlar hamısı rayonlarda işləyir”. /Moderator.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr