DİN-dən Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
“Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”.
Versus.Az xəbər verir ki, bunu Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı yayılan görüntülər barədə Yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov deyib.
Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Mərasim Novxanıda bağ evində baş tutub.
Görüntülərdə Ramiz Mehdiyev də yer alıb.
Mərasimdə Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”