“Hökumət adamları demək istədilər ki, qanunları saymırıq, nə bilirik edəcəyik”
Hafiz Hacıyev: “Bu toy Ramiz Mehdiyevin Prezidentə, qanunlara sayğısızlığının əyani sübutudur”
Operativ Qərərgahın toy-nişan, yas qadağası, Ramiz Mediyevin nəvə toyu, Abel Məhərrəmovdan bir “tost” və bu toydakı qonaqlar... Bu azmış kimi, qaydanı pozan toy əhlindən jurnalistlərə əndrabadi açıqlamalar.
Həmişəki kimi, hökumətin nümayəndələrinin hərcayi olaylarına bu dəfə də ilk reaksiya verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev oldu.
“Abel Məhərrəmovun düşük çıxışı, “tost”u, yaltaqlanması bizi üzdü”
Partiya sədri Versus.Az-a açıqlamasında sosial şəbəkələrdən Ramiz Mehdiyevin nəvəsinə toyb etməsi ilə bağlı videokadrları izləyəndən sonra bir daha bu günə qədər onun haqqında yanılmadığını vurğuladı.
Vaxtilə dediklərinin bu gün əyani sübut kimi təsdiq olunduğunu qeyd edən MMP sədri “görünən dağa bələdçi lazım deyil” dedi:
“Mən deyəndə ki, Ramiz Mehdiyevin dəstəsi Azərbaycanda ikinci bir hökumət yaradıb, Azərbaycan Prezidentinə xəyanət edir, çoxları məni qınayırdı, tənqid edirdi. Bu adam son 30 ildə Həydər Əliyevə, indi də Prezident İlham Əliyevə etdiyi xəyanəti davam etdirir. Bu gün bu toy mərəkəsini görəndən sonra orda Abel Məhərrəmovun yersiz, düşük çıxışı, “tost” deməsi ona yaltaqlanması bizi üzdü. Biz Qərbi azərbaycanlılar bu cür yaltaqları qəbul edə bilmirik”.
“Ramiz Mehdiyev və o toyda oturanlar həbs edilməlidir”
Hafiz Hacıyevin fikrincə, Ramiz Mehdiyev bu hərəkətində İlham Əliyevə qarşı bir hörmətsizlik, saymazlıq, Azərbaycan qanunlarına hörmətsizlik var:
“Yəni “Boz Kardinal”ın "mən heç kimi saymıram” fikri tam olaraq ortaya çıxdı. Necə olur ki, üç nəfər ad günü və yaxud bir kasıb öz daxmasında 3-5 nəfərlə qızına niaşan keçirəndə polis gedib onu tutur, cərimələyir, amma bu məclisi toplantı adlandırmaqla üstündən keçirlər?! Mən istərdim bizim hörmətli baş prokuror, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı ölçü götürsün. Ramiz Mehdiyev və o toyda oturanlar həbs edilməlidir. Orda heç 50 santimetr də ara məsafə gözlənilməyib”.
Partiya sədrinin sözlərinə görə, bu hökumət adamları Azərbaycan xalqının sağlamlığı üçün təhlükə yaratmaqla demək istəyiblər ki, biz heç kəsi saymırıq, qanunları saymırıq, nə bilirik edirik və bundan sonra da edəcəyik:
“Dedi ay xalq, ay millət, ay dövlət, mən ölkə başçısı ilə hesablaşmıram”
“Bu, xalqı dövlət başçısına qarşı qaldırmaq üçün qurulan oyunun davamıdır. Biz buna qarşı çox ciddi mübarizə aparmalıyıq. Ona görə də orda iştirak edənlər, çıxış edənlər haqqında cənab Prezident özü ölçü görürməlidir. Kimliyindən asılı olmayaraq orda olan vəzifəlilər vəzifədən getməlidir.
Hesab edirəm ki, bu toy Ramiz Mehdiyevin Prezidentə sayğısızlığının əyani sübutudur. O, bir neçə həftə verdiyi müsahibəsində saymazyana çıxışında dövlət başçısının ünvanına başqa fikir işlətməsini bu gün nəvəsinin toyunda da sübut elədi. Dedi ay xalq, ay millət, ay dövlət, mən ölkə başçısı ilə hesablaşmıram, mən mafiya babasıyam, Eldar Həsənov da mənimlədir. Hələ belə bir söz də işlədib ki, Eldar Həsənovu heç kəs tuta bilməz”.
H.Hacıyev Azərbaycan dövləti, dövlətçiliyi üçün çox narahat olduğunu vurğulayıb:
“Dövlətimizin inkişafına kölgə salanların çöldə qalmasına görə narahatam. Bu barədə müsahibələrimdə də bildirnişəm. Daxili İşlər Nazirliyi bu gün özündə cəsarət tapıb Ramiz Nehdiyevi dindirsə ki, bu nə oyundur oynamısan, onda hər şey ortaya çıxacaq. Eləməsələr, ölkədə narazılıq və qarışıqlığın yaradılmasına yönəlik proses cərəyan edə bilər. Prezidentin verdiyi tapşırıqlara, qanunlara məhəl qoyulmaması ilə bağlı ölkədə sosial müzakirələr aparılır. Düşünürəm ki, təcili tədbirlər görülməlidir. Belə çıxır ki, qanun elə kasıb təbəqə və Prezident üçündür! Ramiz Mehdiyevin qanunlara meydan oxumasına nə cənab Prezident, nə də xalq dözməməlidir. Əks halda, MMP olaraq Ramiz Mehdiyevin özbaşınalığı ilə bağlı kütləvi aksiyalara başlamaq üçün BŞİH-ə müraciət etməli olacağıq”.
LƏMAN
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”