ALDP BƏYANAT yaydı
"Son hadisə azad və müstəqil mətbuata təzyiqdir və onu susdurmağa hesablanıb"
Azərbaycan Liberal Demokrat Partiyası son vaxtlarda azad media və əməkdaşlarına qarşı təzyiqlərlə bağlı Bəyanat qəbul edib.
Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:
"Ölkəmizdə bəzi destruktiv dairələr tərəfindən azad mətbuata təzyiqlər olunur. Belə ki, “Xural” TV, “Reaksiya” TV, “Kanal-13”-ün rəhbərləri müxtəlif “bəhanələrlə” məhkəmələrə veriliblər.
İndi aldığımız məlumata görə “Baku News” TV kanalın baş redaktoru Hikmət Paşaoğlu üç naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb. Aldığı zərbələrə görə baş və boyun nahiyəsindən travma alıb.
ALDP hesab edir ki, bu hadisə birbaşa onun tənqidi çıxışları ilə bağlıdır.
2012-ci ildə, yaranan gündən “Baku News” əməkdaşları və baş redaktor Hikmət Paşaoğlu təzyiqlərə məruz qalıblar.
ALDP hesab edir ki, son hadisə azad və müstəqil mətbuata təzyiqdir və onu susdurmağa hesablanıb.
ALDP hüquq-mühafizə orqanlarından bu hadisənin törədilməsini diqqətdə saxlanılması və baş redaktoru döyənlərin tezliklə tapılıb məsuliyyətə cəlb olunmasını tələb edir".
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”