“Bəlkə qəsdən belə edirlər ki, “5-ci kolon” Bakı küçələrini döyüş meydanına çevirsin?”

12:40 22-08-2020 | icon 1884 | Siyasət
“Bəlkə qəsdən belə edirlər ki, “5-ci kolon” Bakı küçələrini döyüş meydanına çevirsin?”

Razi Nurullayev: “Qanun hər kəs üçündürsə, onları da sıraya düzüb cərimə edərdilər, şəkillərini çəkib mətbuata yayardılar”

 

“Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin öz nəvəsinə toy etməsi məsələsinə münasibət bildirməmək üçün özümlə mübarizə aparırdım. Bir yandan da bir həmkarım da orada iştirak edib. Bu da məni sıxırdı. Amma cəmiyyətin basqısı böyükdür və biz millət vəkili olaraq nümunə olmaqla bərabər, həm də xalqın haqlı tələb və istəklərinin yanında olmalıyıq. Heç nəyə, heç kimə və heç bir basqıya baxmayaraq.

 

Versus.Az xəbər verir ki, bunu gündəmi tutmaqda olan məlum toy məsələsi ilə bağlı “facebook” səhifəsində millət vəkili Razi Nurullayev yazıb.

 

Millət vəkili qeyd edib ki, öncə vətən, dövlət, dövlətçilik və hər kəsin qanunlar qarşısında bərabərliyi gəlir:

 

“Kəndlərdə, şəhərlərdə, rayonlarda minlərlə toy etmək istəyənlər var. Onlar buna cəhd etsələr belə, basıb gözünü çıxararlar. Vəzifə sahibi olmaq qanunlara məhəl qoymamaq deyil. Baxırsan ki, ad günü keçirənləri sıraya düzüb utandırırlar və simalarını göstərib biabır edirlər. Amma qanunlar yalnız kasıblar və vəzifəsi olmayanlar üçün yazılmayıb axı. Qanun hər kəs üçün bərabərdisə, onları da sıraya düzüb cərimə edərdilər və şəkillərini çəkib bütün mətbuata yayardılar.

Xalq bu toya və digər bu qəbildən olan və nümayişkaranə keçirilən toylara baxıb nə düşünür? Söyür, ah-nalə edir, dirəniş göstərir və ölkə başçısını, yüksək rəhbərliyi hədəf alır. Bəlkə bütün bunlar qəsdən edilir. Qəsdən edilir ki, “beşinci kolon” ölkəni laxladıb Bakı küçələrini döyüş meydanına çevirsin? Təkrar edirəm və yenə də xəbərdarlıq edirəm ki, ölkəni xaosa sürükləmək istəyənlər var, bəlkə də hakimiyyəti zorla ələ keçirməyə cəhdlər var. Məsələ daxildə, həm də elə iqtidarın öz içində olan milli hisslərini unudan, xalqın iradəsini heçə sayan, ancaq varlanmaq və qanunları özünün maraqlarına uyğunlaşdırmaq istəyənlərdən və onlarla müvəqqəti marağı üst-üstə düşüb əməkdaşlıq edən müxalifət adı altında fəaliyyət göstərənlərdən gedir”.

 

R.Nurullayev bu məsələdə AXCP sədri Əli Kərimlinin susqunluğunu da vurğulayıb:

 

“Əli Kərimli niyə mövqe sərgiləmir? Niyə susursunuz? Ən kiçik bir məsələdə belə səsinizi qaldırırsınız, amma cəmiyyəti silkələyən bir məsələyə, xalqın iradəsini heçə sayan və dövlət vəzifəsi tuta-tuta xalqa xor olan bir hərəkətə niyə susqun qalırsınız? Maraqlarınız eynidir? Siz Ramiz Mehdiyevin yanında yox, gəlin xalqın yanında dayanın. Xalqın. Hakimiyyətin mənbəyi xalqdır, Ramiz Mehdiyev yox.

Ayılmaq zamanıdır. Bir tərəfdə qanunlara əməl edən, dövlətini qoruyan, şəhid verən və Azərbaycanı qorumaq istəyən, bayrağını uca tutan xalq və güclər, digər tərəfdə isə qisasçılıq eşqi ilə alovlanan, hakimiyyəti zorla ələ keçirmək istəyən düşmən qüvvələr. Düşmən qüvvələrin məqsədi qanunları heçə sayaraq karantin qaydalarını pozmaq, kütləvi şənliklər təşkil edərək xalqı qıcıqlandırmaqdır ki, onlar ayaqlansınlar, narazı düşüb küçələrə çıxsınlar və onlar da bundan yararlansınlar. Xalq bundan nə qazanacaq? Bəlkə 190 manat yerinə, 1090 manat alacaq? Bəlkə, siz xalqın başına tac qoyacaqsınız? İndiyə kimi niyə qoymurdunuz? Dövlət başçısına yalanlar deməklə, yalan sənədlər təqdim etməklə, xalqdan təcrid etməklə dövlətin və dövlətçiliyin ayağının altını qazıyırdınız”.

 

Millət vəkili apardığı anaizlərdən belə qənaətə gəlib ki, sinxron qüvvələr də var:

 

“Ramiz Mehdiyev karantin dövründə nəvəsinə toy etdi, indi ona haqq qazandıranlar da var. Çox təəssüf edirəm ki, buna haqq qazandıran müxalifət adı altında fəaliyyət göstərənlər də var. Çünki, onlar jest dili ilə danışırlar, onlar bir-birinə mətbuat və sosial şəbəkə vasitəsilə xəbər göndərirlər. Bəlkə də iqtidar onların mobil nömrəsini izləyir ki, görək danışacaqlar? Onlar ünsiyyət yollarını çoxdan dəyişiblər…

Eh, hələ o qədər deyə bilmədiklərimiz var ki. Amma, bilmək lazımdır ki, bu toy hadisəsi xalqa çox pis təsir edib. Sabah hamı qalxıb toy etmək istəsə, hökumət də gedib onları dayandırıb, şəklini çəkib cərimələsə, xalq nə deyəcək? Deyəcək ona olar, bizə yox? Niyə? Dözülməzdir, dözülməz!”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr