“Heç kim qanundan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”

14:55 22-08-2020 | icon 1683 | Siyasət
“Heç kim qanundan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”

Qənirə Paşayeva: "Vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir"

 

"Bu günlərdə sosial mediada, bəzi KİV-də yayılmış, yüksək vəzifələr daşımış, hazırda da yüksək titul və vəzifə daşıyan şəxslərin iştirakı ilə keçirilmiş toy mərasimi ilə bağlı materiallarla tanış olduqda, doğrusu, öncə inanmağım gəlmədi. Düşündüm ki, yanlış informasiya olar, ayrı vaxt baş tutmuş toydan “montaj” olar və sair. Lakin sonra toyun bəzi iştirakçıları faktı təsdiq etdikdə, bir vətəndaş, bir millət vəkili olaraq, bundan çox təəssüf hissi keçirdim. İlk növbədə, ona görə ki, özü örnək göstərməli olan yaşı, daşıdığı vəzifə etibarı ilə mənəvi məsuliyyətdən heç cür kənarda tutula bilməyəcək şəxsin ailəsində toy olması, yüzlərlə təxirə salınmış toy yiyələrində ikili hisslər doğuracaq: qayda-qanun hamı üçün deyilmi?! Üstəlik, bu toyu edən, orada iştirak edən bir sıra yüksək titul və vəzifəli şəxslər karantin qaydalarına əməl etməkdən, hətta, bu qaydaların sərtləşdirilməsindən dəfələrlə danışıb, yazıbsa, indi bu ikiləşməni necə izah etmək olar?”

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

 

Millət vəkili bildirib ki, burada işin ən bağışlanmaz tərəflərindən biri də, üzrxahlıq etməkdənsə, özünü haqlı çıxarmaq və yaxud susmaqdır:

 

“Heç bir vəzifəli şəxs cənab Prezidentin “Heç kəs qanundan üstün deyil”, “Qaydlar hamı üçündür” kimi fikirlərini, cənab Prezidentin şəxsi nümunəsini, özəliklə karantin dövründəki örnək addımlarını, çağırışlarını unutmamalıydı!

Mən məsələnin hüquqi tərəfini gözardı etmədən, daha çox mənəvi məsuliyyətini qeyd etmək istərdim.

Elə bilirəm, aktiv sosial media iştirakçılarının, ictimai fikri qidalandıran ziyalıların, sadə vətəndaşların verdiyi reaksiyalar da birmənalı şəkildə, toy sahibiləri və iştirakçılarını haqlı qınağa tutur, onları izahata, üzrxahlığa dəvət edir. Onlar bunu etməyə özlərində güc tapmalıdır. Məsələnin hüquqi tərəflərinə gəlincə, cənab Prezidentin də söylədiyi kimi, heç kəs qanundan üstün deyil, bütün vətəndaşlar statusundan, imkanlarından asılı olmayaraq qanun qarşısında bərabərdir və cəmiyyətimiz bir daha bunun şahidi olur”.

 

Paşayeva bildirib ki, vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir:

 

“Heç kim qanunlardan üstün deyil, heç kim dövlətə meydan oxuya bilməz”./APA/

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr