“Abel Məhərrəmovun həmin çıxışı da xeyir-dua sağlığı deyildi”

15:27 22-08-2020 | icon 523 | Siyasət
“Abel Məhərrəmovun həmin çıxışı da xeyir-dua sağlığı deyildi”

Ülvi Quliyev: "Onun çıxışı toy mərasimini siyasi tədbirə çevirmək təsirini bağışlayırdı"

 

“Dünən sosial şəbəkələrdəki paylaşımlar rekord qırırdı. Səbəbi isə o idi ki, yüksək vəzifəli və rəsmi statusu olan şəxslər toy məclislərinin qadağan edildiyi karantin dövründə təmtəraqlı toy məclisində iştirak ediblər. Tədbirdən çəkilən video-materiallar, təbii ki, insanların diqqətindən  yayınmayıb. AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin, sabiq deputat həmkarımız İlham Əliyevin övladının toy məclisindən yayılan videokadrlar xüsusi ictimai narazılıqla qarşılandı”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında deputat Ülvi Quliyev deyib.

 

“Karantinlə bağlı Azərbaycan Hökumətinin müəyyən etdiyi qaydalar var və onlar qüvvədədir. Bu qaydalara görə toy və yas mərasimlərinin, kütləvi tədbirlərin keçirilməsi əhalinin sağlamlığı naminə müvəqqəti də olsa qadağan edilib. Bu qadağalara əməl etmək, kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq borcudur. Ola bilməz ki, sıravi vətəndaşdan bunu tələb edəsən, əməl etməyəni cəzalandırasan, vəzifəsi və imtiyazı olan şəxsə isə güzəştə gedəsən.

 

Sosial ədalət, hamının qanun qarşısında bərabərliyi deyilən prinsiplər var. Əgər kimsə dünənki, bugünkü statusundan istifadə edib bu prinsiplərə kölgə salırsa, dövlətə və hakimiyyətə qarşı münasibətdə vətəndaşlara inamsızlıq və etibarsızlıq hissini aşılayırsa, belələri həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşımalıdırlar. Klassiklərin bir deyimi var: cinayət var cəza yoxdur, cəza var cinayət yoxdursa, bu mizan-tərəzinin pozulması deməkdir. Belə ab-havanı cəmiyyətimizdə formalaşdırmağa çalışanlar mütləq sərt ictimai qınaqla üzləşirlər və üzləşəcəklər, qanun da öz yerində”.

 

“Keçmiş deputat həmkarım, akademik Abel Məhərrəmovun həmin məclisdə etdiyi çıxış da xeyir-dua sağlığı deyildi, toy mərasimini siyasi tədbirə çevirmək təsirini bağışlayırdı.

 

Azərbaycan dövləti qarşısında kimin nə kimi xidmətlərinin olduğunu cənab Prezident bilə bilər, qiyməti isə xalq verər. Abel müəllimin nə Prezidentin adından qiymət vermək, nə də xalqın adından danışmaq səlahiyyəti var.

 

Həmkarım S.Novruzovun həmin toy məclisində iştirakına, bununla bağlı sonradan sosial mediada verdiyi açıqlamalara isə təəssüf edirəm.

 

Azərbaycan dövlətinə, onun Qanunlarına, dövlətimizi təmsil edən Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətə bilərəkdən yaxud bilməyərəkdən kölgə salan, hakimiyyətə qarşı vətəndaşlarda etimadsızlıq yaradan hərəkətlər ictimai qınağa, hüquqi qiymətə məhkumdur. Başqa cür olmayacaq!”, - deyə millət vəkili bildirib. /Unikal.org/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr