“Ramiz Mehdiyev və ətrafı Prezidentin koronavirusla mübarizə çağırışının əksini etdilər”

17:39 22-08-2020 | icon 628 | Siyasət
“Ramiz Mehdiyev və ətrafı Prezidentin koronavirusla mübarizə çağırışının əksini etdilər”

Könül İsmayılova: “Daxili düşmənlərimizə də elə bu lazımdır”

 

“Sadə vətəndaşlar qaydalara riayət etdikləri halda şahidi olurlar ki, onları karantin qaydalarına əməl etməyə çağıran hökumət nümayəndələri özləri məsələyə laqeyd yanaşırlar. Aylardır övladlarının xeyir işini pandemiya ilə bağlı qadağalara görə təxirə salan insanlar indi görün nələr düşünürlər”.

 

Bu sözləri Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

 

Könül İsmayılova bildirib ki, ölkə başçısı xalqı koronavirusla mübarizədə birliyə çağırdığı bir halda, hakim partiyanın bəzi üzvləri, sabiq və bir neçə hazırki deputatlar Ramiz Mehdiyev başda olmaqla bu çağırışın əksini etdilər:

 

“Artıq 8 aya yaxındır ölkəmiz pandemiya ilə əlaqədar karantin rejimindədir. Nəzərə alsaq ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda koronavirusdan ölənlərin və virusa yoluxanların sayı azdır, deməli, xalqımız cənab Prezidentin koronavirusla bağlı çağırışına məsuliyyətlə yanaşıb. Düzdür, karantinin yumşalmağa başladığı bu son aylarda insanlar səbirsizlik göstərməyə başlamışdılar. Kimisi xeyir işə başlamaq istəyir, kimisi əzizinin yasında ehsan süfrəsi açmaq istəyir. Amma yenə də səbr göstərirlər. Bəs hökumət nümayəndələri niyə yaxşı nümunə ola bilmədilər? Məqsədləri nə idi ki, bu qədər səbrlə karantinin bitməsini gözləyən insanlarda pis fikir formalaşdırdılar, qıcıq yaratdılar?”

 

K.İsmayılova vurğuladı ki, MMP olaraq “evdəqal” kampaniyasına start veriləndən indiyənə kimi bu yöndə təbliğatlarını aparıblar. Partiyanın rayon təşkilat sədrləri ilə mütəmadi onlayn görüşlər keçirilib, ölkə başçısının koronavirusla mübarizə çağırışlarına dəstək göstərilib. Ümid edirəm ki, bu sonuncu toy olayından sonra narazılıq dalğası ilə qarşılaşmarıq. Çünki “niyə hökumət adamlarına toy etmək olar, bizə yox” sualı artıq səslənməkdədir”.

 

Könül xanım bildirdi ki, Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən olan görüntülərdən sonra narazı kütlənin ayağa qalxmaması üçün MMP olaraq əllərindən gələni edirlər:

 

“Təşkilat sədrləri ilə onlayın görüşlərimizi artırmışıq. Partiyanın sədri tərəfindən təşkilat rəhbərlərinə müəyyən tapşırıqlar verilir, vətəndaşlarla söhbətlər aparılaraq məlum toyun karantin qaydalarının pozulmasından başqa bir şey olmadığı barədə məlumat vermələrini vacib ayır. Çalışırıq insanlarımızı başa salaq ki, kimlərsə dövlət maraqlarına qarşı çıxır və cəzasıq qalmayacaqlar. Bilirsiz, bu toy olayı normal olaraq karantin qaydalarına riayət edənləri qıcıqlandırır. Çalışmalıyıq ki, qıcıqlanmalar alovlanmasın, ölkədə anarxiya yaranmasın. Çünki daxili düşmənlərimizə də elə bu lazımdır”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr