Əlisahib Hüseynov partiyasının adını dəyişdi
"Demokratik Azərbaycan Dünyası Partiyası bu gündə Milli Həmrəylik Partiyası oldu"
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) növbəti, 6-cı Qurultayı onlayn formatda keçirildi. Partiyanın adı dəyişdirildi.
Versus.Az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumatda bildirilir ki, DADP-ın adı dəyişdirildi və bu gündən etibarən Milli Həmrəylik Partiyası (MHP) olaraq fəaliyyətini davam etdirəcək.
Partiyanın sədri Əlisahib Hüseynov "facebook" səhibəsində bu barədə paylaşım da edib:
"Əvvəlki adımız - "Demokratik Azərbaycan Dünyası Partiyası" (DADP) tarixə qovuşdu. Yeni adımız - Milli Həmrəylik Partiyası - xeyirli-uğurlu olsun!
Qurultayımız barədə isə ətraflı məlumatı media üzərindən paylaşacağıq".
Qeyd edək ki, partiyanın sənədlərimizi yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim ediləcək.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”