"Son toy olayı vətəndaşlara pis nümunə oldu"

20:15 22-08-2020 | icon 1066 | Siyasət
"Son toy olayı vətəndaşlara pis nümunə oldu"

Rəhim Qəmbərov: "Deməzlərmi ki, qaydalar elə adi vətəndaşlara aiddir, bəs vəzifəlilər?"

 

“Məlum olduğu kimi, Operativ Qərərgah tərəfindən karantin qaydalarında yumşalmalarla bağlı qərarlar verilsə də, kütləvi tədbirlərin keçirilməsinə hələ ki icazə verilməyib. Çox maraqlıdır ki, bir müddət əvvəl özlərini ölkə başçısının koronavirusla mübarizə çağırışına əməl edirmiş kimi göstərən bəzi deputat və vəzifəli şəxslər riyakarlıqlarını sonadək gizlədə bilmədilər. Bu da nəticəsi”.

 

Bunu Versus.Az-a Müasir Müsavat Partiyasının Nərimanov rayon təşkilatının sədri Rəhim Qəmbərov bildirib.

 

Koronavirusla bağlı son statistik məlumatlarda virusa yoluxanların sayında yenidən artım müşahidə olunduğunu vurğulayan təşkilat sədri vurğulayıb ki, bu, insanlarımız üçün təhlükəlidir.

 

Rəhim Qəmbərov qeyd edib ki, az öncə qadağaların sadə vətəndaşlar tərəfindən pozulduğu deyilir, həmin şəxslər cərimələnirdisə, artıq hökumət adamları arasında da qaydaları pozanlar özlərini büruzə verməyə başlayıblar:

 

“Kütləvi tədbirlərin keçirilməsi ilə bağlı əgər hər hansı qadağalar varsa, buna hamımız əməl etməyə borcluyuq. Təəssüflər olsun ki, buna əməl etməyənlər var və özlərinin, yaxınlarının həyatını təhlükəyə atırlar. Qaydaların xüsusilə toy məclisi təşkil edən vəzifəli şəxslər tərəfindən pozulması ümumiyyətlə düzgün deyil. Axı ölkə vətəndaşına ilk növbədə ölkənin vəzifəli şəxsləri yaxşı nümunə olmalıdır. Ramiz Mehdiyev başda olmaqla deputat və məmurların necə bir nümunə nümayiş etdirdiklərini gördük”.

 

R.Qəmbərov aylardır MMP sədri Hafiz Hacıyevin təlimatları üzrə yerlərdə vətəndaşlar arasında koronavirusla mübarizə yönündə aparılan təbliğatın bu toy məsələsindən sonra şübhə altına alınması ehtimalına da toxundu:

 

“Bugünədək təbliğatımız səmərəli olurdu, insanlar bizi dinləyirdi, dediklərimizə əməl edirdilər. Bundan sonra yenidən kütləvi şəkildə virusa yoluxma hallarının qarşısı necə alınacaq? Təbliğati görüşlərdə camaatı necə inandıracağıq ki, gigiyenik qaydalara riayət etsəniz, karantini pozmasanız bu pandemiya bəlasından az itki ilə çıxacağıq? Deməzlərmi ki, bu virus elə adi vətəndaşları tutur, vəzifəlilərə niyə yaxınlaşmır?”

 

Təşkilat sədri vurğuladı ki, son toy olayı pis nümunə olsa da, qaydaları pozanlar cəzalandırıldıqca vətəndaşlar məsələnin ciddiliyini görüb, haqq-ədaləti görüb karantin qaydalarına səbrlə əməl etməyə davam edəcəklər.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Şəkidə toy yasa döndü

Özgə bayramı və qəddarlaşan uşaqlar

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Beynəlxalq səyyahlar Şuşada

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...

Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?

"BRİCS-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığımız yüksək səviyyədədir"

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

Dünyanın ən yaxşı ordularına malik ölkələr